Bazar günü axşam saatlarında Rəfəhin şimal-qərbində yerləşən Tel əs-Sultan məntəqəsindəki qaçqın çadırlarının bombalanması zamanı 45 fələstinli şəhid olub və onlarla insan yaralanıb ki, onların da çoxu qadın və uşaqlar olub. Bu bombardmanlar sionist rejiminin təhlükəsiz olduğunu iddia etdiyi məntəqələrdə baş verib.
Siyasi analitiklərin əksəriyyəti Qəzzənin şimalında yerləşən Cəbaliya düşərgəsində İslami müqavimətin qəhrəmanlıqla həyata keçirdiyi əməliyytatının əvəzi olaraq baş nazir Netanyahunun və sionist rejiminin müharibə rəhbərlərinin mülki əhaliyə, xüsusən də qadınlara və uşaqlara qarşı yeni qətliam törədəcəyini gözləyirdi. Çünki, müqavimət qüvvələri sionist rejiminin işğalçı qüvvələrinin 16 elit üzvünü tunelin içərisinə çəkib və dəstək qüvvəsi daxil olan zaman partlayıcı maddələrlə onlara hücum edib. Bu qupun bütün üzvləri ölüb, yaralanıb və əsir götürülüb, bütün hərbi avadanlıqları müsadirə edilib. Qəhrəmancasına həyata keçirilən bu əməliyyat Netanyahunun HƏMAS-ı silmək barəsindəki iddialarının düzgün olmadığını üzə çıxarıb. Təəssüflər olsun ki, ananlitiklərin gözləntisi kimi Netanyahu öz məğlubiyyətinin intiqamını Qəzzənin qadın və uşaqlarından aldı.
Bu qətliam insanların vicdanını sarsıtdı və dünya ictimaiyyəti Beynəlxalq Ədalət Məhkəməsinin və Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının doğruluğunu daha çox başa düşdü. Çünki, hər kəs Netanyahunun qətliam törətdikdən bir neçə saat sonra necə tam həyasızcasına “Rəfəhdə baş verənlər bir “səhv” idi” deməsini öz gözləri ilə gördü. O, həmçinin vurğuladı ki, nəinki geri çəkilməyəcək, əksinə, bütün məqsədlərinə çatmazdan öncə müharibəni bitirmək fikri yoxdur və Haaqadakı min prokuror belə onu dayandıra bilməz.
Diqqət çəkən məqam budur ki, Netanyahu insanlığa qarşı törətdiyi cinayətlərə və Qəzzədə 8 ay hərbi cinayətlərinə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təqib olunur. Amma o, beynəlxalq qanunları və dünya ictimaiyyətini ayaq altına ataraq qorxub-çəkinmədən Rəfəh qətliamına göstəriş verir. Qlobal qəzəbdən yaxud beynəlxalq qanunlardan azacıq narahatlığı olmadan uca səslə cinayət və soyqrım törətməyə davam edəcəyini vurğulayır.
Netanyahu hansı gücə arxalanaraq sionist rejimi ilə müttəfiq olan ölkələrin rəhbərlərinin mövqelərini və açıqlamalarını, Rəfəh qətliamının və Qəzzəyə qarşı cinayətlərin dayandırılması ilə bağlı istəklərini görməməzlikdən gəlir? Netnayhunun dəstəyi haradan qaynaqlanır ki, o, Avropa İttifaqı, Almaniya Xarici İşlər naziri “Analena Barbuk”, Fransa prezidenti “Emanuel Makron” və s. kimi müttəfiqləri tərəfindən müharibənin dayandırılması ilə bağlı istəklərinə etina etmir?
Bütün bu sualların cavabını bir kəlmədə xülasələşdirmək olar: “Ameriknın dəstəyi!” Çox aydın məsələdir ki, əgər dünya terorizminin başçısı Qəzzəyə qarşı təcavüzə rəhbərliyi öhdəsinə götürməsəydi, Netanyahu dünyaya meydan oxumağa cəsarət edə bilməzdi. Çünki, o, beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, beynəlxalq məhkəmələrə və dünya liderlərinə məhəl qoymamaq üçün çox kiçikdir. Vaşinqtonun həddsiz-hüdudsuz dəstəyi, beynəlxalq qanunlara məhəl qoymaması və veto haqqından istifadə etməsi Netanyahunun həyasızlığı ilə nəticələnib. Bu da onun quldur kimi davranmağına və beynəlxalq qanunlara qarşı tamamilə etinasız olmağa cürət verir.