ABŞ-da tələbələrin etiraz hərəkatlarının davam etməsi ilə eyni zamanda May ayının 4-cü günü buna oxşar bir hadisənin ildönümüdür. Həmin hadisədə ABŞ polisi Vyetnam müharibəsinə etiraz edənlərləri universitet ərazisində qətliam edib. Həmçinin Vaşinqtonun Taypeyə 8 milyard dollarlıq hərbi yardım paketinin qəbul olunması ilə bağlı atdığı yeni addım ABŞ-ın Tayvana yardımlarının başlamasının ildönümü ilə üst-üstə düşüb.
Tarix bugün baş verən hadisələri daha yaxşı tanımaq və dərk etmək üçün həmişə bizə ip ucları verir. Tarix yolu zaman keçdikcə kiçik və böyük hadisələrlə dəyişib və hər bir hadisə indiki geosiyasi vəziyyətinin yaranmasında bir növ təsir qoyub. Yer kürəsinin əhəmiyyətli dərəcədə geniş ərazisinə sahib olan Asiya və Sakit Okean regionu dünyanın digər yerləri kimi mühüm və təsirli dəyişikliklərdən keçib.
Bu yazıda 4-10 May zaman kəsiyində baş vermiş bir neçə hadisəni şərh etməklə Asiya və Sakit Okean regionunun bugünki siyasətlərinin və coğrafiyasının necə formalaşması ilə bağlı ip uclarını oxuculara təqdim etməyə çalışacağıq.
Vyetnam müharibəsinə etiraz edən tələbələrin öldürülməsi
1970-ci ilin yazında Amerika və Cənubi Vyetnam qüvvələri Şimali Vyetnam qüvvələrinin Kambocadakı sığınacaqlarına hücum etdilər. Bu hücum ABŞ-da geniş etirazlara səbəb oldu. Bu etirazlardan biri həmin ilin May ayının 4-də Kent Universitetində baş verdi və Ohayu Milli Qvardiyasının əsgərlərinin 2 000-ə yaxın etirazçı tələbəyə sarı atəş açması ilə tamamlandı. Bu atışmada 4 tələbə öldürüldü və 9 nəfər yaralandı. Bu hadisə Amerika universitetlərinin bir çoxunda geniş etirazlara və aksiyalara səbəb oldu.
Bu atışma tez bir zamanda ABŞ universitetlərində şiddətli qəzəb yaratdı. Bu, May ayının əvvəllərindən oturaq aksiyalara başlayan tələbələrin etirazlarındakı iştirakın artmasına gətirib çıxardı. Nəhayətdə, yüzlərlə universitet, kollec və məktəbdə təşkilatlanmış aksiyalarda 4 milyondan çox öyənci iştirak etdi. Bu hadisədən sonra təşkil olunmuş məhkəmələrdə bütün müttəhimlər (Milli Qvardiyasının əsgərləri və Ohayu qubernatoru) bütün ittihamlardan bəraət aldılar.
Bugün ABŞ universitetlərində bu hadisə fərqli şəkildə təkrarlanır. Belə ki, minlərlə tələbə təhsil aldıqları təhsil mərkəzlərinın ərazilərində sionist rejiminin Qəzzədə törətdiyi cinayətlərə etiraz olaraq aksiyalar keçirirlər və indiyə qədər onlardan 2000-ə yaxını həbs edilib.
ABŞ-ın Çinə qarşı istifadə üçün Tayvana yardımlarının başlanması
1949-cu ilin Oktyabr ayının əvvəlində Çin Xalq Respublikası yarandıqdan sonra və ABŞ-ın Çan Kay-şek (Kuomintang) hökumətini Çinin yeganə qanuni hökumət kimi tanıdığı halda, ABŞ-ın o zamankı prezidenti Harri Truman Tayvan boğazındakı münaqişələrə müdaxilə etməyəcəyini açıqladı. Buna baxmayaraq, o, 1950-ci ilin Mayın 8-də Çan Kayın Tayvanda mövcud olan hökumətə silah göndərilməsi ilə bağlı istəyinə müsbət cavab verdi. ABŞ qəzetlərindən birinin 1971-ci ildə verdiyi hesabatına əsasən, o, Tayvana 1951-ci ildən etibarən 20 il ərzində 2.8 milyard dollardan çox hərbi yardım göndərdi. Truman, həmçinin 25 İyun 1950-ci ildə Koreya müharibəsi başladığı zaman ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasını Tayvan boğazına göndərdi.

Bundan bir neçə il sonra bir neçə amil, o cümlədən ABŞ-ın Çan Kay hökumətinə yardımı Tayvan boğazındakı ilk böhranı, yəni Tayvanda Çin Xalq Respublikası (PRC) və Çin Respublikası (ROC) arasında silahlı toqquşmanı ortaya çıxartdı. Bu toqquşma Çin Respublikasının (bugünki Tayvan) nəzarətində olan bir neçə ada qrup üzərində mərkəzləşdi. Bu münaqişə 1954-cü il Sentyabrın 3-də Kinman adasının Xalq Azadlıq Ordusu tərəfindən bombalanmaqla başladı. Bunun ardınca da, Matsu və Daçen adaları bombalandı. Çin Xalq Respublikası 1955-ci ilin Yanvar ayında Yijiangshan adalarını əlinə keçirə bildi. Nəhayətdə, bu böhran 1955-ci ilin May ayında Çin Xalq Respublikası tərəfdə 393 və Tayvanda Çin Respublikası tərəfdə isə 519 nəfərin ölümü ilə sona çatdı.
Hal-hazırda da ABŞ-ın Tayvana köməkləri davam edir və boğazlar arası münasibətdəki böhran pik həddinə çatıb. Vaşinqton bu yaxınlarda Taypeyə 8 milyard dollarlıq silah paketi nəzərd tutub və Çin bu məsələni şiddətli şəkildə pisləyir. Çin Respublikasının prezidenti Si Cinpin ötən ilin Dekabr ayında Çinin keşmiş rəhbəri Mao Zedongun doğum gününün 130-cu ildönümündə vətənin tam bütövlüyünün inkar olunmaz bir məsələ olduğunu bildirib. O, bu mərasimdə Çinin Kommunist partiyasının yüksək rütbəli rəsmilərinə deyib: Vətən bütöv olmalıdır və o, mütləq birləşəcək.