Xəbər mənbələrindən biri yazıb: Silahlı ABŞ polisi tərəfindən tələbələrin həbs olunması, tələbə toplantılarının və nümayişlərinin şiddətli şəkildə yatırılması əgər təkcə bir məsələni aşkarlamaq istəsə, o, bu ölkədə heç bir növ söz azadlığının olmaması olacaq.
Xarici KİV-ə istinadən verilən məlumata görə, Amerika universitetlərində tələbələrin Fələstin xalqına qarşı törədilən soyqrıma etiraz olaraq keçirdikləri tələbə etirazları elə bir vəziyyətdə baş verir ki, ABŞ polisi ötən həftələrin əksinə olaraq mühafizəkar siyasətindən əl çəkib və bu toplantıları şiddətlə yatırır.
Polisin kobud reaksiyası bu ölkənin siyasətçiləri kimi ABŞ mediyası tərəfindən də “semitizm”in yayılması kimi əks olunur. Hətta Co Bayden də öz çıxışlarında bu məsələni qeyd etməkdən çəkinmir.
Tələbələrin oturaq aksiyası və nümayişləri təkcə tələbələrlə məhdudlaşmır. Professorlar və digər siyasi fəallar da bu hərəkata qoşulublar. Onlar bütünlüklə inanırlar ki, ötən günlər Amerikada baş verənlər bu ölkədə söz azadlığı iddiasının yalan olmasını üzə çıxarıb. Bu ölkə tələbələrin müxtəlif universitetlərin həyətində keçirdikləri sakit aksiyalara və qurduqları çadırlara bir neçə həftə dözə bilməyib.
Siyasi fəal Nora Erkat, Nyu York Universitetinin media professoru Paula Çakravarti, Simon Fraser Universitetinin beynəxalq əlaqələr üzrə professoru Adil İskəndər və Ostindəki Texas Universitetinin fəal tələbəsi İlyas Kallenberq bu nümayişlərdə ehtiram olunmayan yeganə şeyin söz azadlığı olduğunu vurğulayıblar.
Universitetin fəal tələbələri və professorları, polisin tələbələri əzmək və onların səsini kəsmək üçün bütün silahlarından istifadə etdiyi bildiriblər.
Amerika boyunca mövcud olan universitetlərdə Fələstini dəstəkləyən tələbələrin etirazlarının davam etdiyi bir vaxtda çox sayda tələbə həbs edilib.
ABŞ-ın xəbər TV kanallarından birinin universitetlər və polisin bəyanatları barəsindəki araşdırmasına əsasən, Aprelin 30-u 400-dən çox etirazçı həbs olunub. Onların təxminən 300-ü Kolumbiya Universitetində və Nyu York Şəhər Kollecində həbs olunub.
Bu TV kanal, həmçinin Aprelin 18-dən etibarən Amerika kolleclərinin və universitetlərinin ərazilərində daha geniş şəkildə 1500-dən çox insanın həbs olunduğunu təxmin edib.
NYPD patrul rəisi Mayın 4-ü axşam Nyu York universitetlərində, xüsusən də Kolumbiya Universitetindəki tələbələr qarşı hücumun və Fələstini dəstəkləyib, İsrailə qarşı olan tələbələrə qarşı zorakılığın ardınca açıqlama verib: Kolumbiya Universitetində və Nyu York Şəhər Kollecində 300-ə yaxın insan həbs olunub.
Xarici KİV-in verdiyi məlumata əsasən, ABŞ polisi və rəsmiləri yerli vaxtla çərşənbə günü (1 May) xüsusilə Nyu Yorkun Kolumbiya Universitetindəki tələbə etirazlarını yatırdıqdan və bu universitetə hücum edərək zorakılıqla Fələstin tərəfdarı olan onlarla tələbəni həbs etdikdən sonra mətbuat konfransında öz işlərini müdafiə ediblər.
NYPD patrul rəisi Can Çel çərşənbə günü (1 May) Nyu York şəhərinin rəsmilərinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib: Kolumbiya Universitetinin daxilində və xaricində Nyu York polisi tərəfindən həbs edilən təxminən 300 nəfərin əksəriyyəti bu universitetin şəhər kolleci ilə əlaqəli şəxslər olub.
Bu polis rəsmisi bildirib: Homilton Hall hücumu ilə əlaqədar 282 nəfər, o cümlədən 173 nəfər Şəhər Kollecindən və 109 nəfər isə Kolumbiya Universitetindən həbs edilib.
O, əlavə edib ki, hakimiyyət hələ də iki universitetlə əlaqəsi olmayan həbs edilənlərin dəqiq sayını müəyyənləşdirir.