Britaniyalı yüksək rütbəli bir zabit Britaniya ordusunun Əfqanıstandakı hərbi cinayətlərinin araşdırılmasının təxirə salındığı bir vaxtda, bu ölkənin xüsusi təyinatlılarının dəhşətli hərəkətlərini ifşa edib.
İngiltərə qəzetlərindən biri bildirib ki, Britaniya xüsusi təyinatlıları insanları öldürməkdə yarış keçirmək və əfqaıstanlı qurbanların bədəninə silah yerləşdirməklə ittiham olunurlar.
Bundan öncə ifşa olunmuş sənədlər Britaniya ordusunun bu bölümünün qüvvələrindən olan bir nəfərin onları məhkəməyə çəkmək üçün necə çalışdığını göstərir.
Bu İngiltərə qəzeti Britaniya ordusundakı xüsusi təyinatlılarının ən yüksək rütbəli zabitlərindən birinin polisə, onun əmri altında olan əsgərlərin Əfqanıstanda məhbusları öldürməklə hərbi cinayət törətdikləri barədə məlumat verdiyini açıqlayıb.
Qəzetin yazdığına görə, bu zabit “Kral Hərbi Polisi”nin dedektivlərinə deyib ki, bir növ “xərçəng” Briyaniya xüsusi təyinatlılarının üsyankar eskadronuna yoluxmuşdu. Beləki, onlar onlarla dinc məhbusu qətlə yetiriblər.
Bu məlumata əsasən, bu zabit Briyaniya xüsusi təyinatlılarındakı əsgərlərin onun bu hadisəni üzə çıxardığını başa düşdükləri təqdirdə onun ailəsinə qarşı zorakı addımlar ata bilcəklərindən narahat olub.
Britaniya xüsusi təyinatlıları tərəfindən insanların öldürülməsi üzrə iş Əfqanıstandakı hərbi cinayətlərə dair ən mühüm işlərdən biridir. İngiltərə qüvvələri Helmand vilayətində 80-a yaxın insanı qətlə yetirməkdə ittiham olunurlar. Hansı ki, onlar 2010-2013-cü illər arasında tam soyuqqanlıqla ya yuxuda ya da həbs olunduqdan sonra öldürülüblər.
Məşhur Britaniya qəzeti bu yaxınlarda hesabat verərək bildirib ki, bu işə İngiltərə Müdafiə Nazirliyi tərəfindən baxılması 2025-ci ilə qədər təxirə salınıb.
Bu işlə əlaqədar olaraq, ABŞ jurnallarından biri İngiltərənin Veteranlarla İş üzrə naziri Conni Merserin hərbi cinayətlərlə bağlı işə görə həbs hökmü ala biləcəyini bildirib.
Bu məlumata əsasən, o, əfqanıstanlı kişi və uşaqların Briyaniya xüsusi təyinatlıları tərəfindən qətlə yetirilməsi ilə bağlı ona məlumat verən hərbi məlumatlı insanların adını çəkməkdən imtina etdiyinə görə məhkəmə sanksiyaları ehtimalı ilə üzləşib.