Yəmənin rəsmi xəbər agentliyi bazar ertəsi günü ABŞ və sionist rejiminin casusluq əməliyyatlarının zərərsizləşdirilməsi, casusların həbsi və onların etiraflarına dair təfərrüatları dərc edib.
Verilən məlumata görə, Yəməndəki məlumatlı təhlükəsizlik mənbəsi ölkənin rəsmi xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, Yəmənin təhlükəsizlik və kəşfiyyat xidmətləri Amerika və sionist rejiminə çalışan casusları həbs ediblər. Bu məlumata əsasən, bu muzdurlar “400 qüvvə” adlı kəşfiyyat qrupunun zabit və üzvləri tərəfindən xidmətə götürülüb, axtarışda olan Əmmar Əffaş adlı bir şəxsin əmri altında olublar.
Bu casusların missiyası məlumat toplamaq, ölkənin qərb sahillərində Yəmən Silahlı Qüvvələrinə bağlı hərbi siyasətləri ABŞ və İsrailin xeyrinə izləmək olub.
Bu məlumatlı mənbənin sözlərinə əsasən, bu casuslar həbs olunduqdan sonra sionistlərin mövqelərinə atılan Yəmənin raket və dronlarının və Silahlı Qüvvələrin qayıqlarının yerləri barəsində lazım olan məlumatları ABŞ və İsrailin ixtiyarına vermələrini etiraf ediblər. Bu şəxslər qeyd olunan məkanlar barəsində olan məlumatları “400 qüvvə”dəki operatorlarına göndərirdilər ki, bu yerlər Amerika və İngiltərəyə aid təyyarələr tərəfindən bombalansın.
Casusların etiraflarına əsasən, onların başqa missiyaları silahlı və təhlükəsizlik qüvvələrinə aid maşınların, avadanlıqların dağıdılması, yandırılması kimi vandalizmlə məşğul olmaq, təyin olunmuş hədəflərdən yayınmaq, daxili cəhbəyə zərbə vurmaq və Yəmən icitimaiyyətinin sabitliyini pozmaq məqsədi ilə silahlı qüvvələrə qarşı terror aktı törətmək olub.