Sionist rejiminin Qəzzədəki cinayətkarlığına qarşı etirazlar Qərbin sivilizasiya, mədəniyyət, insan haqları, demokratiya və söz azadlığının dəstəkləyicisi olduğu ilə bağlı yalanını ifşa etdi.
Dünya son günlər Qərbin təhlükəsizlik qüvvələri və polisinin, Qəzzə xalqının sionist rejimi tərəfindən Qərbin kor-koranə dəstəyi ilə qətliam olunmasına reaksiya verən tələbələrin etirazlarını və akademik inqilabı necə zorakılıqla yatırdıqlarını gördü.
Dünya gördü ki, ABŞ polisi professor və tələbələri “antisemitizim” bəhanəsi ilə yerə yıxdıqdan sonra onlara vəhşicəsinə hücum edərək həbs etdi. Halbuki, ABŞ Konstitusiyası onlara söz azadlığı və dinc toplantıların keçirilməsi bağlı mütləq hüquq verib.
Avropada da, həmçinin Fələstinə dəstək nümayişləri polis tərəfindən yatırılıb və Fransa, Avstriya və Almaniya kimi ölkələrdə alimlər və fəallar həbs olunublar. Hollandiyada 300-dən çox fəaliyyət antisemitizim ittihamı ilə yatırılıb.
Təkcə insanların deyil, hətta heyvanların da hüquqlarını müdafiə etdiyini iddia edən Qərb sivilizasiyası İsrail rejiminin Qəzzə xalqına qarşı cinayətləri qarşısında nəyinki sakitdir, əksinə, ABŞ hökumətindən Qəzzə xalqının qətliamının dayandırılması üçün sionist rejiminə silah göndərilməsinin dayandırılmasını istəyən hər kəsi döyərək həbs edir.
Qərbdə 2 milyard insanın dini inanclarını məsxərəyə qoymaq olar, amma Qərbin sionist rejimini kor-koranə dəstəkləməsini tənqid etmək yaxud İsrail terorizmini pisləmək qadağan olub, antisemitizim hesab olunur.
Bu əsasla da, Amerika universitetlərində tələbələr və professorlar tərəfindən ucaldılan və İsrail rejiminin terorizmini tənqid edən səslər zorakılıqla yatırılır.
Buna görə də, Netanyahu ABŞ universitetlərindəki tələbələrin sionist rejiminə qarşı inqilabını antisemitizim adlandırıb. Amma demokrat senator Berni Sanders ona deyib: Bu inqilab antisemitizim yaxud HƏMAS-ı təsdiqləmək üçün deyil. Əksinə, sizin radikal hökumətinizin ötən 6 ay ərzində 70%-i qadınlar və uşaqlardan ibarət olan 34 min fələstinlini qətlə yetirməsi, 77 mindən çox insanı yaralaması ilə bağlı reallığı bəyan etmək üçündür.
Bu səbəblə də, ABŞ ictimaiyyətində, xüsusən də bu ölkənin universitetlərindəki İsrailin mövcud olmaq hüququ yaxud antisemitizim kimi şüarları bugün irqçilik, qətliam və etnik təmizləmə ilə mübarizə kimi şüarlara çevrilib.