Qəzzə xalqına dəstək, sionist rejiminin müharibəsinin və fələstinli qadın və uşaqlara qarşı davamlı hücumların dayandırılması ilə bağlı Amerikadakı tələbə etirazlarının ölkənin müxtəlif universitetlərinə yayılması polislə toqquşma ilə nəticələnib.
Amerika universitetlərində İsrail rejiminin Qəzzə zolağına hücumunun və fələstinli mülki şəxslərin, qadınların və uşaqların kütləvi qırğınının davam etməsinə etiraz olaraq tələbələrin aksiya və nümayişləri başlayıb.
Verilən məlumata əsasən, etirazlar Harvard, Texas, Brown, Cənubi Kaliforniya universitetlərinə də yayılıb. Bu arada çərşənbə günü Texas və Kaliforniya universitetləri polisin tələbələrlə qarşıdurma səhnəsinə çevrilmişdi.
Kaliforniya universitetinin 100-ə yaxın tələbəsinin həbs edilməsi
Los Angeles Polis İdarəsinin X sosial şəbəkə hesabı idarənin sözçüsü Kelli Munizə istinadən yazıb ki, Cənubi Kaliforniya universitetində tələbə etirazları zamanı 93 nəfər həbs edilib.

Los Angeles polisinin sözçüsü tələbələrin həbs olunması üçün polisin hücumu zamanı heç kəsin yaralanmadığını və polis patrulunun yerli vaxtla cümə axşamı səhərə qədər davam edəcəyini bildirmişdi.
Rod-Aylenddəki Brown universitetinin və Cənubi Kaliforniya universiteinin (USC) tələbələri Qəzzədə atəşkəs tələb etməkdən ötrü Kolumbiya universiteti də daxil olmaqla, digər universitetlərə qoşulublar.
Ostindəki Texas universitetində onlarla yerli polis və əyalət qüvvələri universitetin ərazisində tələbələrin yürüşünün qarşısını almaq üçün sıraya düzülüblər. Onlar sonda etirazçılarla toqquşub, bir neçə nəfəri həbs ediblər. Hələ həbs edilənlərin sayı barəsində rəsmi statistika açıqlanmayıb.
Televiziya kanallarından biri təhükəsizlik qüvvələrinin bu universitetin azı 10 tələbəsini həbs etdiyini bildirib.
Texas əyalət polisi Texas universitetin sahəsində keçirilən Fələstin xalqı ilə həmrəylik nümayişlərini dağıdıb.
Massaçusetsdəki Harvard universiteti də universitetin həyətinə girişi məhdudlaşdırıb və çadır qurulmasını lisenziya əldə olunması ilə şərtləndirib. Amma etirazçılar çərşənbə günü 14 çadır qurublar.
Harvard Universitetinin yüzlərlə tələbəsi universitetin əsas ərazisinə daxil olub və bu ərazidə Qəzzə xalqı il həmrəylikdən ötrü ABŞ-ın digər univeristetləri ilə birgə aksiya keçirmək üçün bu ərazidə çadırlar qurublar.


