İran polisi Aprelin 6-sı Tehranın qərbində yerləşən Kərəc şəhərində İŞİD terror qruplaşmasının yüksək rütbəli üzvlərindən biri olan Rameş kimi tanınan “Məhəmməd Zakir” adlı şəxsin və İŞİD üzvü olan digər iki nəfərin həbs olunmaları barəsində məlumat verib.
Bu insanlar və onlarla birgə olan digər 8 nəfər Mübarək Fitr bayramı günündə kamikadze əməliyyatı həyata keçirmək niyyətində olublar.
Küfr bəlasının yalnız İslam cəmiyyətlərində yayılması və onun qurbanlarının 99%-dən çoxunu müsəlmanların və İslam ölkələrinin təşkil etməsi məlum olduqdan sonra artıq, başda ABŞ-ın CIA, İsrailin Mossad və region ölkələrinin bəzi kəşfiyyat və casusluq agentlikləri olmaqla beynəlxalq casusluq təşkilatların rəhbərliyi altında fəaliyyət göstərən başında İŞİD terror qruplaşması olan təkfirçi qruplaşmalar arasındakı şəbəkə əlaqəsinin mövcudluğundan ötrü daha çox dəlil göstərməyə ehtiyac yoxdur.
Amerika və İsrailin Qəzzə və müqavimət cəbhəsinə qarşı hücumlarının şiddətlənməsi ilə eyni zamanda, xüsusilə ötən bir neçə ay ərzində İŞİD-in aktivliyinin artması heç də təsadüfi deyil. Qəzzəyə olan dəstəklərini açıqlayan ölkələrdə İŞİD-in icra etdiyi terror hücumlarının sayı daha çox olub. O ölkələrdən biri də İrandır. Bunun üçün terror hücumları və təhlükəsizlik orqanlarının və polisin həbs etdiyi terrorçularla bağlı xəbərləri izləməyimiz kifayətdir. Bu zaman başa düşərik ki, ABŞ və İsrail rejimi bu ölkələri öz islami, insani və əxlaqi rollarına əməl etmələrinin qarşısını almaq, onların diqqətini Qəzzədən yayındırmaq və əhalisinə qarşı 6 aydan çox davam edən vəhşi cinayətlərini dayandırmaq üçün göstərdikləri səylərini puça çıxarmaqdan ötrü İŞİD-i azad buraxıb.
Ötən Fevral ayının 25-də İran polisi “Ceyş əs-Səhabə” kimi tanınan terror qruplaşmasının terror əməliyyatı icra etmək üçün İranın cənub şəhərlərindən birinə tərəf yola düşən Əkrəm Lahuri adlı bir üzvünü həbs etdi. O, daha öncə İranın qonşu ölkələrindən birində bomba düzəltmək üçün təlim kurslarında iştirak etmişdi.
Bir neçə gün öncə təkfirçi-terrorçu qruplaşması olan “Ceyş əl-Ədl”ə bağlı qrupun üzvləri İranın şərqində yerləşən Sistan və Bəluçestan vilayətinnin Rask və Çabahar şəhərlərindəki polisə və SEPAH-ın qərargahlarına qarşı hücumlar həyata keçiriblər. Bu hücumlar təhlükəsizlik qüvvələrindən 10 nəfərin şəhadəti ilə nəticələnib. Bu hücumlarda 18 nəfərdən ibarət olan təkfirçi hücumçuların hamısı həlak olub.
İşğalçı İsrail qüvvələrinin ABŞ-ın həyasız dəstəyi ilə Qəzzədəki qadınların, uşaqların həyatlarına son qoyduqları və İranın Qəzzədəki təcavüzə son qoymaqlarından ötrü ABŞ və İsrail rejiminə təzyiq göstərmək üçün müqavimət qüvvələrini sıxdığı halda, İŞİD-in 2 üzvü ötən Yanvar ayında partlayış əməliyyatı icra etdilər. Bu əməliyyat İranın cənubunda yerləşən Kerman şəhərində general Hacı Qasim Süleymaninin şəhadətinin il dönümü mərasimində iranlıların sıx cəmiyyəti arasında baş verdi. Nəticədə isə 100-ə yaxın insan şəhid oldu və onlarla insan da yaralandı.
İsrail rejimi İranı Qəzzənin məzlum əhalisinə yardım fonunda öz islami və insani rolunu ifa etməkdən döndərmək üçün öz hədəfinə çatmaq məqsədi ilə Aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hücum edərək cinayət törədib. Bu cinayət 7 nəfər iranlı hərbi məsləhətçinin, o cümlədən SEPAH-ın Qüds Qüvvələrinin Muhəmməd Rza Zahidi və onun müavini Muhəmməd Hadi Haci Rəhimi adlı yüksək rütbəli komandirinin şəhadəti ilə nəticələnib.
Şübhəsiz, nə İŞİD, Ceyş əs-Səhabə, Ceyş əl-Ədl kimi müxtəlif terror qruplaşmaları, nə də onların sionistlər və amerikalılar kimi başçıları, nə İranın Fələstin və Fələstinin məzlum xalqının amalını dəstəkləməkdəki prinsipial mövqeyinə, nə onun Amerikanın hökmranlığı ilə mübarizəsinə və nə də müqavimət qüvvələrini dəstəkləməsinə zərrə qədər təsir etməyəcək. Bunun ən yaxşı dəlili İranın ölkə daxilində və xaricində təkfirçi qruplara vurduğu ağrılı zərbələrdir.