Xəbər mənbələri dünən səhər hesabat verərək bildiriblər ki, sionist rejimi öz medialarına İranın raket və dron hücumlarının görüntülərini dərc etməyə icazə vermir.
Sionist rejiminin TV kanallarından biri İranın işğal olunmuş ərazilərə olan raket və dron hücumlarının görüntülərinin yayımlanmasına icazəsinin olmadığını etiraf edib.
Bu sionist TV kanalı deyib: Bizim İranın bugün həyata keçirdiyi hücumlara aid çox sayda şəkil və videolarımız var ki, onların hamısını dərc edə bilmirik.
Bununla əlaqədar olaraq, iordaniyalı hərbi analitik Fayer əl-Dəviri deyib: İsrail (rejimi) zərbələrin həcmini ört-basdır etməyə çalışır.
O, əlavə edib: İsrail (rejimi) hücumun uğursuz olduğunu, raketlərin səthi şəkildə hədəflərə dəydiyini söyləməyə çalışır və hələ də İsrail (rejiminə) dəyən zərərin həcmi məlum deyil.
Bu hərbi analitik deyib: İran tam raket gücündən istifadə etməyib. Çünki, İranın 13 dəqiqə ərzində İsrailə çata biləcək ultrasəs raketləri var.
ABŞ TV kanallarından biri amerikalı mənbələrdən birinə istinadən verdiyi məlumata əsasən, bildirib ki, ABŞ-ın İranın bütün dron və raketləri ilə mübarizə aparmaqda müvəffəq olacağına əmin deyil.
İslam İnqilabı Keşikçilər Korpusu şənbə günü axşam bəyanat verərək işğal olunmuş ərazilərə və sionist rejiminin mövqelərinə onlarla dron və raket atdığı haqda məlumat verib.
Bu barədə SEPAH-ın məlumatında deyilir: Sionist rejiminin çoxsaylı cinayətlərinə, o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq binasının bir hissəsinə olan hücumu və ölkəmizin Suriyadakı bir qrup komandir və hərbi məsləhətçisinin şəhadətinə cavab olaraq, SEPAH-ın Hava Qüvvələri onlarla raket və dron atmaqla işğal olunmuş ərazilərdəki müəyyən hədəfləri vurub.
İranın BMT-dəki nümayəndəsi də bu barədə açıqlama verərək deyib: İranın hərbi addımı BMT nizamnaməsinin, ölkəmizin Dəməşqdəki diplomatik məkanlarına qarşı təcavüzlərinin cavabındakı qanuni müdafiəsi barəsində olan 51-ci bəndinə əsasən həyata keçirilib.