Sionist medialarından biri ABŞ-ın, Rəfəhə daxil olma planının hazırlanmasında öz generallarının iştirakı üçün müraciət etməsini ifşa edib.
Sionist TV kanallarından biri bununla bağlı açıqlama verib: ABŞ amerikalı generalların Rəfəhə daxil olma planının hazırlanmasında iştirak etmələri üçün müraciət edib.
Həmçinin bildirilib: Amerikalı generallar Rəfəhdəki əməliyyat planı barəsində dialoq qurmaq üçün tezliklə İsrailə daxil olacaqlar.
Bu TV kanal, həmçinin yüksək rütbəli sionist rəsmisinə istinadən bildirib: Rəfəh əməliyyatı barəsində danışıqlar aparmaq üçün amerikalı zabitlərin göndərilməsi etimadsızlıq əlamətidir.
Son günlər sionist rejimi və ABŞ arasındakı ixtilaflar artıb və bu, bu əlaqələrin qarşısına bir çox ssenari qoyub. Qərb və İbrani medialar da son günlər bu məsələyə toxunaraq bildiriblər ki, Tel-Əviv və Vaşinqton arasındakı əlaqələrdə möcvud olan gərginlik və pisləşmə o həddə çatıb ki, ABŞ iki tərəfin dəyər və maraqlarının bir-birindən ayrılması ilə bu əlaqələrin yenidən nəzərdən keçirilməsinə başlayıb.
ABŞ qəzetlərindən birinin yazdığına görə, “Bayden və onun əsas köməkçiləri Qəzzə müharibəsi başlayan vaxtdan bəri hər zamankından daha çox Netanyahuya sanksiya tətbiq olunmasına yaxınlaşıblar.”
Buna baxmayaraq, digər bir ABŞ qəzeti yazıb ki, ABŞ Tel-Əvivlə pərdə arxası müzakirələrdə Rəfəhə hücuma qarşı deyil. Əksinə, hücumun mülki şəxslərin daha az itkisi üçün müəyyən bir planla həyata keçməsini istəyir.
Bu ixtilaflara rəğmən, ABŞ hökuməti Qəzzə müharibəsi başlayan vaxtdan etibarən, uşaq qatili olan rejimə heç bir hərbi və logistik yardımı əsirgəməyib. Buna görə də, Fələstin xalqı Vaşinqtonu bu zolaqdakı cinayətlərə və soyqrıma şərik sayır.