Sionist rejiminin cari ilin Aprel ayının əvvəllərində Dəməşqdəki İran konsulluğuna qarşı həyata keçirdiyi və İslam İnqilabının Keşikçilər Korpusunun bir sıra müşavirinin və suriyalı mülki şəxslərin şəhadəti ilə nəticələnən terror hücumu bu qəbildən olan ilk hücum olmayıb.
İsrail 1981-ci ilin İyun ayının 7-də “Opera” yaxud “Babil” əməliyyatı adlı hava hücumu həyata keçirdi. Bu hücum zamanı İraqın paytaxtının cənub-şərqində tikilməkdə olan Təmmuz nüvə reaktoru məhv edildi. Nəticədə isə 10 nəfər iraqlı əsgər və əslində İsrail casusluq agentliyinin muzdlusu olan fransalı texnik öldürüldü.
1985-ci il Oktyabr ayının əvvəllərində İsrail qırıcıları “Taxta ayaq” adlı əməliyyatlar çərçivəsində Tunisdə “Həmmam əş-Şətt” məntəqəsində yerləşən Fələstin Azadlıq Təşkilatının Baş komandanlığının qərargahına hücum etdilər. Bu da 68 nəfər fələstinli və tunislinin ölümü və digər 100 nəfərin isə yaralanması ilə nəticələndi.
Həmçinin 1988-ci il Aprel ayının 16-da Tunisdə İsrail komando qrupu iki helikopter, 4 gəmi və rezin qayıq və bu rejiminin terror bölməsinin təxminən 20 üzvünün iştirakı ilə “Karfagen” limanı yaxınlığında Fəth hərəkatının təsisçilərindən olan “Xəlil əl-Vəzir”ə qarşı terror aktı törətdi. Nəticədə isə bu mübariz fələstinli bir neçə mühafizəçisi ilə birlikdə şəhid oldu.
İşğalçı rejimin terror əməliyyatları BƏƏ-yə çatdı və rejimin Mossad muzdluları 2010-cu ilin Yanvar ayının 19-da HƏMAS müqavimət hərəkatının rəhbərlərindən olan “Mahmud əl-Məbhuh”-u Dubayda qətlə yetirdilər.
Mossad, həmçinin 2008-ci il Fevral ayının 12-də CIA casusluq təşkilatının iştirakı ilə Hizbullah komandirlərindən biri olan “İmad Muğniyə”-ni Dəməşqdə terrora məruz qoydu. Bu terror aktı Dəməşq küçələrinin birində gümüş rəngli Mitsubishi Pajero avtomobilinin partladılması ilə həyata keçirildi. Nəticədə İmad Muğniyə şəhid oldu və digər 2 nəfər isə yaralandı.