İbranicə yayımlanan nəşrlərdən biri sionist vəkil qadının Oktyabrın 7-də həyata keçirilən əməliyyatlarda HƏMAS-ın cinsi təcavüzləri barəsindəki əsassız iddialarının rüsvayçılığını üzə çıxarıb və bu iddiaların yalan olmasını etiraf edib.
Sionist qəzetlərindən biri hesabat verərək bildirib ki, “Koçav əl-Kayam Levi” adlı israilli bir qadın vəkil tərəfindən Oktyabrın 7-si “əl-Əqsa Fırtınası” əməlliyyatları zamanı HƏMAS hərəkatı qüvvələrinin cinsi təcavüzləri barəsində irəli sürələn və bu rejimin, onun müttəfiqlərinin medialarında geniş səviyyədə yayımlanan iddialarının yalan olduğu üzə çıxıb. Adı çəkilən vəkil isə bu iddialar barəsindəki araşdırmaları həyata keçirmək üçün tələb etdiyi milyonlarla dolları toplayıb.
İbranicə olan bu qəzet yazıb: Rəsmi mənbələr Koçav əl-Kayam Levinin HƏMAS hərəkatının 7 Oktyabr hücumları barəsində “yalan hekayələr və yalnış araşdırmalar” dərc etdiyini və bu yolla milyonlarla dollar topladığını açıqlayıblar. Həmin mənbələrin sözlərinə görə, o, “etibarsız” bir insandır.
Bu qəzetin bildirdiyinə əsasən, naməlum İsrai rəsmisi deyib: Qərb medialarında geniş səviyyədə yayımlanan və sonradan yalan olduğu üzə çıxan HƏMAS-ın 7 Oktyabrda “hamilə qadının qarnını yarması” barəsindəki iddia “İsrailin nüfuzuna xələl gətirib.”
Bu hesabatın davamında deyilir ki, sionist rəsmisi vurğulayıb: “Bu qadın etimad olunmayacaq bir şəxsdir” və əl-Kayam Levinin bu iddialarla bağlı təqdim etdiyi sənədlərin HƏMAS-la heç bir əlaqəsi yoxdur.
Sionist düçüncə mərkəzi “Deborah İnsitutu”nun rəhbəri və beynəlxalq əlaqələr kafedrasının müəllimi olan bu vəkil cibinə milyonlarla dollar qoymaqdan ötrü bu yalan hekayələri yayıb.
Digər bir sionist rəsmisi bu qəzetə verdiyi müsahibəsində açıqlayıb ki, əl-Kayam Levi Oktyabrın 7-si “əl-Əqsa Fırtınası” əməlliyyatlarının ardınca bir neçə xəbər mediasına bildirdiyi iddialardan sonra diqqət mərkəzinə düşüb. O, bundan sonra HƏMAS-ın qadın və uşaqlara hücumuna dair əsassız iddialar barəsində araşdırma aparmaq üçün “mülki faktaraşdırmaçı komissiyası” yaratmaqla milyonlarla dollar yardım əldə edib və bu komissiyanı dövlət himayəsində olan bir təşkilat kimi tanıtdırıb.
Sionist mənbəsi bildirib ki, bu qadın 2024-cü ildə iddiaların araşdırılması üçün 8 milyon dollarlıq büdcə istədikdən sonra “ABŞ-ın Yaponiyadakı səfiri Ram Emanuel ona kömək edib. O, çoxlu insanlardan pul toplayıb və hətta öz konfransları üçün pul istəməyə başlayıb.”
Xarici KİV-in verdiyi məlumata görə, sonradan ABŞ qəzetinin yalan olduğu aşkarlandığına görə “təvacüz olunmuş qızların cəsədləri”nin olması ilə bağlı iddianı geri götürdüyü halda, əl-Kayam Levi 28 Oktyabr tarixindəki hesabatda HƏMAS-ın “sistemli cinsi zorakılıq” törətdiyini iddia edib və bununla da israilli vəkilin hesabatı sual altında düşüb.