Yeni bir araşdırma göstərir ki, sionist ordusuna məxsus tanklar Əl-Əqsa Fırtınası əməliyyatları boyunca bilərəkdən və bölgədə öz əsirlərinin olması ilə bağlı məlumatlı olduqları halda Qəzzə ilə sərhəddə yaşayan sionist köçkünlərinə atəş açıblar.
Sionist rejiminə aid TV kanallardan birinin verdiyi hesabata əsasən, yeni bir araşdırma onu göstərir ki, işğalçı rejimin ordusu Əl-Əqsa Fırtınası əməliyyatları zamanı Biri qəsəbəsindəki bir evdə sionist əsirlərinin olmasını bildiyi halda, o evə 2 tank mərmisi atıb.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçı rejimin ordusu bölgəni Fələstin müqavimət qüvvələrindən təmizləmək məqsədi ilə Oktyabrın 7-si Qəzzə ilə sərhəddə yerləşən sionistlərin yaşadığı qəsəbələrə yerdən və havadan hücum edib.
Media tərəfindən aparılan tədqiqatlara və işğalçı rejimin ordusunun araşdırmasına əsasən, Əl-Əqsa Fırtınası əməliyyatları boyunca ödürülmüş sionistlərin çoxu bu rejimin ordusu tərəfindən həlak edilib.
Bundan öncə də, HƏMAS hərəkatının hərbi qolu olan İzzəddin Qəssam batalyonları da bu rejimin hücumlarında azı 70 sionist əsirinin öldürüldüyünü bildirmişdi.