İŞİD terror qruplaşması bəyanat yayaraq ötən gün Qəndəhar şəhərindəki “Kabul Bank” ofisinin qarşısında törədilən intihar hücumunun məsuliyyətini üzərinə götürüb.
Verilən bəyanatda kamikadzenin adının “Müaviyə Pəncşiri” olduğu bildirilib.
Mənbələrin verdiyi məlumata əsasən, bu hadisədə azı 21 nəfər öldürülüb və 50-dən çox digər insan isə yaralanıb.
Bundan əvvəl də Taliban hökumətinin Daxili İşlər Nazirliyi bildirmişdi ki, ilkin qiymətləndirmələrə əsasən, bu hücum İŞİD terror qruplaşması tərəfindən həyata keçirilib.
Bu hücum reasksiyalara səbəb olub. Əfqanıstanın keçmiş prezidenti Hamid Karzai hücumu pisləməklə yanaşı, onu qeyri-islami və qeyri-insani addım adlandırıb.