İşğalçı rejimin baş naziri Amerikanın Rəfəhə geniş hərbi hücumun edilməməsi ilə bağlı istəklərini rədd edib və cavabında deyib: “Amerikalıların Flippində nə etdiklərini gördük.”
İbrani dilində yayımlanan TV kanallardan biri bildirib: İşğalçı rejimin baş naziri Benyamin Netanyahu ABŞ-ın geniş hərbi əməliyyatların həyata keçirilməməsinə dair istəyini rədd etməklə yanaşı deyib: Amerikalılar Flippində Qəzzədən də sıx cəmiyyətə sahib məkanlarda döyüşüb və 100 min filippinlini öldürüblər.
Netanyahu deyib: Onlar bizimlə müqayisədə Filippində daha çox itkiyə səbəb olublar… Rəfəhdə hərbi əməliyyatdan heç bir qaçış yoxdur.
Qəzzədəki xəstəxana rəsmilərinin verdiyi məlumata görə, sionist rejimi çərşənbə axşamı günü Rəfəhə qarşı həyata keçirdiyi hava hücumunda 14 nəfər mülki şəxsi şəhid edib.
ABŞ sionist rejiminin Qəzzəyə qarşı ötən Oktyabr ayından başlayan hərbi hücumuna siyası, hərbi və silah dəstəyi verdiyi halda, bu yaxınlarda humanitar jest göstərərək bu rejimi Rəfəhə hücum etməməyə təşviq edir.