Bəzi beynəlxalq təşkilatlar bildiriblər ki, Qəzzəyə hava yardımları göndərən bəzi ölkələr eyni zamanda İsrail rejiminə silah verirlər.
Qəzzədə fəaliyyət göstərən 25 beynəlxalq təşkilat bəyanat yayaraq bildiriblər ki, Amerika, İngiltərə və Fransa kimi ölkələr cinayətlər törətmək üçün İsraili müxtəlif növ silahlarla təchiz etməklə eyni vaxtda havadan kömək göndərməyin və dənizdən koridor açmaq üçün səylərin arxasında gizlənə bilməzlər.
Bu təşkilatlar adı çəkilən ölkələrdən silah göndərilməsini dayandırmalarını, təcili surətdə atəşkəsin bərpa olunması və məhdudiyyətsiz yardımın əldə olunması istiqamətində tədbir görmələrini tələb ediblər.
Bu bəyanatda deyilir ki, bu ölkələr məsuliyyətlərindən və amansız cinayətlərin qarşısı almaq da daxil olmaqla beynəlxalq vəzifələrindən yan keçmək üçün yardım göndərməkdən istifadə edə bilməzlər.
Bu bəyanatda, həmçinin bildirilib ki, hava yardımları acınacaqlı vəziyyətdə yaşayan 2 milyon 300 min Qəzzə əhalisinin qida və dərman ehtiyaclarını təmin etmir.
Bu təşkilatların ən mühümlərindən Beynəlxalq Əfv Təşkilatı, Oxfam, Sərhədsiz Həkimlər, Dünya Həkimləri Şəbəkəsi, Danimarka Qaçqınlar Şurası və İtaliya Qeyri-Hökumət Təşkilatları Assosiasına işarə etmək olar.