İran Xarici İşlər Nazirliyinin sözçüsü: ABŞ sionist rejiminin təchiz edilməsi və silahlanmasında iştirak etdiyinə görə, bəşər vicdanında və dünyanın ictimai fikrində bütün insan haqlarının və humanitar qanunların pozulmasında ittiham olunan tərəfdir. Bu ölkənin fələstinlilərin qida maddələrinin təmin olunması və onlara qida maddələri göndərməklə bağlı dramatik və ikiüzlü hərəkəti onların sionist rejiminin müharibə cinayətlərini tamamilə dəstəkləməsi həqiqətindən bir şey azaltmır.
Xarici İşlər Nazirinin sözçüsü X sosial şəbəkəsində yazıb: ABŞ rəsmiləri irəli qaçmaqla və İranda insan haqları ilə bağlı təbliğat maşınını aktivləşdirməklə, özünün Qəzzə zolağı və İordan çayının qərb sahillərindəki məzlum Fələstin xalqına qarşı soyqrımdakı və kütləvi qırğındakı iştirakını təmizə çıxara bilməyəcək.
ABŞ sionist rejiminin təchiz edilməsi və silahlanmasında iştirak etdiyinə görə, bəşər vicdanında və dünyanın ictimai fikrində bütün insan haqlarının və humanitar qanunların pozulmasında ittiham olunan tərəfdir. Bu ölkənin fələstinlilərin qida maddələrinin təmin olunması və onlara qida maddələri göndərməklə bağlı dramatik və ikiüzlü hərəkəti onların sionist rejiminin müharibə cinayətlərini tamamilə dəstəkləməsi həqiqətindən bir şey azaltmır.
İnsan haqları və beynəlxalq insan haqları mexanizmlərindən alət kimi və siyasi istifadə ABŞ-ın xarici siyasətindəki reallığın bir hissəsidir.