ABŞ rəsmiləri həyatlarını itirmiş fələstinli mülki şəxslərin sayının artması ilə bağlı zahirdə narahat olduqlarını göstərsələr də, ABŞ qəzetlərindən biri hesabat verərək bildirib ki, ABŞ hökuməti İsrailin Qəzzəyə hücumu başlayandan etibarən bu rejimə yüzdən çox silah paketi sataraq təhvil verib. Amma onlardan yalnız ikisini Amerika Konqresinin nümayəndələrinə məlumat verib və bu işi üçün onların razılığını əldə edib.
ABŞ qəzetinin hesabatında deyilir: Bayden hökumətinin rəsmiləri bu yaxınlarda məxfi brifinqdə Amerika Konqresinin nümayəndələrinə bildiriblər ki, Oktyabrın 7-də Qəzzə müharibəsi başlayandan vaxtdan İsrailə yüzdən çox ayrı-ayrı xarici hərbi satış həyata keçiriblər. Bu satışlara ABŞ istehsalı olan minlərlə dəqiq idarə olunan sursatlar, kiçik diamertli bombalar, sərgər əleyhinə bombalar, kiçik silahlar və digər hərbi avadanlıqlar və sursatlar daxildir.
Əvvəllər açıqlanmayan bu rəqəm Vaşinqtonun ötən 5 ayda Qəzzə zolağındakı toqquşmalarda geniş müdaxiləsinin son göstəricisidir. Belə ki, Amerikanın yüksək rütbəli rəsmiləri və qanunvericiləri İsrailin müharibədəki 30 mindən çox fələstinlinin ölümü ilə nəticələnən hərbi taktikaları ilə bağlı artan narahatlıqlarını bildirilər.
İsrailin Qəzzəyə hücumu başlayan vaxtdan etibarən ABŞ-ın bu rejimə yalnız iki silah satışı açıqlanıb. Bu satışlar tank sursatlarına şamil olan 106 milyon dollarlıq silah paketi və 147 milyon dollardan çox dəyərə malik olub, 155 mm-lik güllələr hazırlamaq üçün lazım olan hissələrə şamil olan digər bir silah paketi olub.
Bu iki silah paketinin dəyəri 100 milyon dollardan çox olduğundan, Bayden administrasiyasının rəsmiləri onları Amerika Konqresinin nümayəndələrinə məlumat verib və razılıq əldə ediblər. Amma yüzdən çox digər silah paketlərini isə “Xarici Hərbi Satış” (FMS) yolundan istifadə edərək İsrailə satıb. “Xarici Hərbi Satış” Amerika hökumətinə silah paketlərinin dəyəri müəyyən olunmuş məbləğdən az olduğu təqdirdə, ölkə konqresinin razılığını əldə etmədən onların satışına icazə verir.
Bayden administrasiyasının keçmiş yüksək rütbəli rəsmilərindən olan və Beynəlxalq Qaçqınlar Təşkilatının hazırkı rəhbəri Cermi Konindik deyib: ABŞ-ın İsrailə bu sayda və geniş həcmli silah satışları onu göstərir ki, ABŞ-ın bu səviyyədəki dəstəyinin davamı olmadan bu rejimin Qəzzə zolağındakı müharibəsi davamlı olmayacaq.
O, əlavə edib: Bu hərəkətlə, əgər amerikalı hərbiçilər birbaşa olaraq özləri bombaları Fələstin xaqlının başına tökməsələr yaxud silahların tətiyinə basmasalar da, Qəzzədə Fələstin xalqına qarşı olan müharibədə ABŞ-ın dərin iştirakı aydındır.
Konindik sözlərinin davamında vurğulayıb: ABŞ bir tərəfdən İsrailin öz qərarlarını qəbul edən müstəqil ölkə olduğunu və Vaşinqtonun o qərarları təxmin edə yaxud o qərarlara müdaxilə edə bilməməsini, digər tərəfdən də belə geniş həcmli silahları qısa müddət ərzində bu rejimə verib, sonradan müharibədə birbaşa olaraq istirak etmədiyini iddia edə bilməz.