Təhlükəsizlik, kəşfiyyat və nüvə üzrə 3 amerikalı ekspert bir qeyddə sionist rəsmilərinin bu rejimin arsenalında nüvə silahının olmasına dair etiraflarına işarə edərək Vaşinqtonun bu reallığın senzurası üçün bəzi səylərini ifşa edib və bu siyasətə son qoyulmasını istəyiblər.
“Corc Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivi”-nin baş analitiki William Barın, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Riçard Lavlesin və “Nüvə Silahlarının Yayılmaması Siyasəti Tədris Mərkəzi”-nin icraçı direktoru Henri Sokoliskinin ABŞ qəzetlərinin birindəki məqaləsində deyilir: Bu yaxınlarda nazirlərdən biri və sinaqoq üzvlərdən biri İsrailin nüvə silahına sahib olmasına nəinki aşkar şəkildə toxunublar, hətta bu bombaların Qəzzə üzərində partladılmasını təklif ediblər. Eyni zamanda uzaq keçmişə sahib bir gizlin göstəriş amerikalı rəsmilərinə, hətta İsrailin nüvə silahına malik olmasını etiraf etməyi qadağan edib.
Yarım əsr əvvəl qəbul edilmiş qanun amerikalı əməkdaşlara İsrailin nüvə silahına malik olmasını aşkar şəkildə etiraf etməyi qadağan edir. 1960-1970- ci illərin sonlarında belə bir addımın məntiqli olması mümkün idi. Çünki, ABŞ və İsrail SSR-nin nüvə silahları yaxud texnologiyasını İsrail ilə balans yaratmaqları üçün Misir yaxud Suriyanın ixtiyarına verməsinə təhrik olmasını istəmirdilər.
Sovet İttifaqının çökməsi və Berlin divarının dağılmasına baxmayaraq,Vaşinqton qismən Tel-Əvivin təzyiqi ilə İsrailin nüvə silahları barəsində məlumatsız olduğuna dair mövqeyini qoruyub saxladı. Tel-Əviv ABŞ-ın o vatkı prezidenti Bill Klinton və canişinlərindən gizli razılaşma qəbul etmələrini istədi ki, bu raılaşmaya əsasən, İsrail öz varlığına qarşı təhdidlə üzləşdiyi müddətdə öz nüvə silahlarından əl çəkmək üçün təzyiq altında olmasın.
Prosesin başlaması ilə Ağ Ev Energetika Nazirliyinin məxfi bülletenlərindən birində izah olunmuş qaydaları dərc etdi. Bu qaydalara əsasən, hökumətin indiki və əvvəlki əməkdaşları İsrailin nüvə silahlarının olmasını aşkar şəkildə bildirdikləri təqdirdə inzibati tədbirlərlə, o cümlədən işdən çıxarılmaqla üzləşəcəklər. Bu qanunlar indiyə qədər aşkar şəkildə yayımlanmayıb.
Buna baxmayaraq, İsrail rəsmilərinin Qəzzədə nüvə silahlarından istifadə olunması barəsində son günlərdəki açıq-aşkar sözləri ilə bu siyasətin ehtimal olunan hər bir faydası aradan gedib və onun saxlanması yalnız vəziyyəti daha da ağırlaşdırır.
Bu qeydlərin davamında Lavlesin keçmiş peşəsinə işarə olunaraq deyilir: Bizlərdən biri Cənubi Koreyanın atom silahları əldə etməsinin qarşısını almağa kömək edən və bu yaxınlarda “nüvə bombalarının ovlanması” adlı kitabı dərc olunan CIA zabiti idi. O, bu kitabda bu tədbirin təfərrüatı və nüvə silahlarının genişlənməsinə maneə olmaqla bağlı səylərini izah edib. CIA-nın Nəzarət Şurasının təsdiqinə baxmayaraq, Pentaqon İsrailin nüvə proqramına aid hissələrin kitabdan silinməsini istəyib. Bizlərdən digər biri İsrailin hərbi nüvə proqramı barəsindəki arxiv sənədlərindən bir çoxunu məxfilikdən çıxarıb. Buna baxmayaraq, Pentaqon bu yaxınlarda İsrailin nüvə proqramına aid bütün istinadları amerikalı diplomatların Yaxın Şərqdə nüvə tərksilahı müzakirələrinə olan ehtiyac barəsindəki 60 il əvvəlki, yəni İsrailin hələ belə bir silah istehsal etmədiyi müddətdəki qeydlərindən silib.
Bu qeydlərim müəllifləri sonda soruşublar: Pentaqon nəyi qoruyur? Görəsən, doğurdanmı İsrailin nüvə proqramını gizli saxlamağın Amerikanın milli təhlükəsizliyinin xeyrinə olduğunu güman edir? Artıq İsrail öz nüvə proqramı barəsində sakit dayanmır. Bizim hökumətin məcburi sükutu da sona çatmalıdır.