ABŞ TV kanallarından birinin Qəzzə sərhədləri yaxınlığında qeydə aldığı fotolar sionist rejimi ordusunun əsgərlərinin saxlanılan fələstinlilərə qarşı pis rəftarını üzə çıxarıb.
Bu ABŞ TV kanalının xəbər qrupu sionist rejimi ordusuna məxsus qüvvələrin Qəzzə sərhədləri yaxınlığında həbs etdikləri fələstinlilərin əl və gözlərini bağlayaraq onları o soyuq havada bir neçə dəqiqə ayaqyalın yerdə oturmağa məcbur etmələrini qeydə alıb.
Fələstin xəbər agentliklərindən birinin verdiyi məlumata əsasən, bu fotolarda ağ geyimdə olan 20-dən çox fələstinli görünür, hansı ki, sionist əsgərləri onların əl və gözlərini bağlayıb və onları yerdə dizi çökməyə məcbur ediblər.
ABŞ xəbər agentliklərindən birinin müxbiri Daymond bu pis rəftara reaksiya verərək deyib: Şənbə günü (27 yanvar) Qəzzə sərhədləri yaxınlığında soyuq və yağışlı havada yerdə diz çökən və kənarlarında israilli əsgərlərin olduğu 20-dən çox kişi gördük.
O, əlavə edərək deyib ki, onların Qəzzədə həbs olunan və işğal olunmuş ərazilərə sorğu-sual üçün gətirilən fələstinlilər olduğunu başa düşüb. Onlar gözübağlı və ayaqyalın olublar.
Müxbir sözlərinin davamında deyib: Əlləri arxadan bağlanmışdı və ağ paltar geyinmişdilər. Şəkilləri çəkdiyimiz zaman havanın temperaturu aşağı idi və şiddətli yağış yağırdı.