ABŞ-ın Alabama ştatının rəsmiləri son günlərdə müttəhimlərdən birini ilk dəfə olaraq yeni üsulla edam edərək həyatına son qoyublar.
Xarici KİV-in verdiyi məlumata görə, ABŞ-ın Alabama ştatının rəsmiləri bir neçə gün öncə qətldə ittiham olunan “Kennet Ujin”-in edam hökmünü yeni üsulla həyata keçriblər.

İttiham olunan bu şəxs bir otağa salınıb, azot qazının otağa buraxılması və onun otaqda mövcud olan oksigenlə əvəz olunması ilə həyatına son qoyulub.
Bu üsul Amerikada ilk dəfə tətbiq olunan və öldürücü maddələrin yeridilməsinin əvəzinə istifadə olunan üsuldur.
Medialar onun huşunun yerində olduğunu və həyatını itirənədək özünə qıvrıldığını bildiriblər. Verilən məlumatlara əsasən, edam prosesi lazım olan vaxtdan bir neçə dəqiqə çox çəkib. Müttəhim əvvəlcə ölümü bir neçə dəqiqə təxirə salmaq üçün nəfəsini saxlamağa çalışıb, amma texniki nöqsan da edam müddətinin artmasında rol oynayıb.
Alabama ştatının rəsmiləri yeni edam üsulundan istifadəni belə əsaslandırıblar ki, öldürücü maddələrin yeridilməsi üsuluna həmişə zəmanət verilmir və bəzən də öldürücü maddələrin yeridilməsi üçün müttəhimin damarının tapılması kifayət qədər dəqiq olmur. Amma amerikalı hüquqşünaslar da yeni edam üsulunu rədd edib, bildiriblər ki, bu, eksperimental bir üsuldur və müttəhimin daha ağrılı ölməsinə səbəb olur.
İnsanın nəfəs aldığı havanın 78%-i təşkil edən azot qazı yüksək sıxlıqlarda ölümə səbəb olur. Amerikanın digər iki ştatı, yəni Missisipi və Oklahoma ştatları da azotla edama icazə veriblər.