Pakistanın səfiri kimi 3 il müddətində Tehranda olmuş Pakistan Xarici İşlər nazirinin keçmiş müavini ortaq sərhədlərdəki terrorizm təhdidnə qarşı İİR-nın narahatlıqlarının qanuniliyini vurğulayaraq, “Ceyş əl-Ədl” qruplaşmasının ABŞ tərəfindən himayə olunduğunu açıqlayıb.
1996-1999-cu illərdə Pakistan Xarici İşlər nazirinin müavini olmuş Pakistanın görkəmli diplomatı Şəmşad Əhməd Xan Pakistanın “GTV” kanalında verdiyi açıqlamalarda bu ölkənin hökumətinin və ordusunun İranla olan sərhədlərin yaxınlığında terror hərəkətlərinin qarşısının alınması üçün kifayət qədər tədbirlər görməmələrini tənqid edib.
Şəmşad Əhməd Xan sionist rejiminin və Amerikanın regionda macəra axtarışında olmaları ilə bağlı xəbərdarlıq edərək əlavə edib: Son hadisələr təkcə İran və Pakistan əlaqələri ilə məhdudlaşmır, həm də region təhlükəsizliyini və İranla Pakistanın yaxşı əlaqələrini pozmaq üçün xarici planların bir hissəsidir.
O, əlavə edib ki, “Ceyş əl-Ədl” uzun illər İrana qarşı anti-təhlükəsizlik tədbirləri görüb və Pakistan ərazisindən çoxsaylı hücumlara əl atıb. Belə isə, bəs nəyə görə iranlılar narahat olmamalıdırlar?
Şəmşad Əhməd Xan əlavə olaraq bildirib ki, Amerika “Ceyş əl-Ədl”-i dəstəkləyir. Bunun da əsas səbəbi regiondakı vəziyyəti gərginləşdirmək və iki qonşu ölkə arasında ixtilafları və qarşıdurmaları alovlandırmaqdır.
O, Pakistanın Hindistan və Əsqanıstanla olan sərhədlərindəki ciddi problemlərə, xüsusən də Pakistanın taliban terrorçularının bu ölkənin ordu qüvvələrinə qarşı qanlı hücumlarına toxunaraq deyib: Pakistan ordusunun və təhlükəsizlik orqanlarının komandirləri İranla olan sərhədlərimizdə belə hadisələrin nəyə görə baş verməsini başa düşməlidirlər.
Pakistanın Tehrandakı keçmiş səfiri deyib: İran İslam Respublikası azad və müstəqil ölkə, xüsusən də İslam dünyasında yeganə güclü və müstəqil ölkədir və terror təhdidlərinə qarşı qanuni addım atıb.