Yəmənin Qəzzə xalqını dəstəkləməsinin ardınca, Amerika BMT-yə bağlı Dünya Qida Proqramının Yəmənə aid yardımlarını dayandırıb.
Xarici kiV-in verdiyi məlumata görə, ABŞ-ın hələ də Yəmən xalqı ilə üzbəüz mübarizə aparmağa cürəti yoxdur. Buna görə də, digər təzyiq yollarına üz tutub.
BMT-yə bağlı Dünya Qida Proqramı Yəmən Milli Qurtuluş Hökumətinin nəzarəti altında olan bölgələrə olan humanitar yardımlarını dayandırdığını bildirib. Bu addım gözlənilmədən və özbaşına atılıb və bu məsuliyyətsiz qərarın ardınca, əmələ gəlməsi gözlənilən insan fəlakətinə diqqət olunmayıb.
Bu hesabata əsasən, Dünya Qida Proqramı bu addımın səbəbinin maliyyə resurslarının azlığı olduğunu iddia edib. Amma Yəmən Milli Qurtuluş Hökumətindəki Humanitar Məsələlər və Beynəlxalq Əməkdaşlıq üzrə Ali Şura bu iddianı rədd edib və vurğulayıb ki, Yəmənə ayrılan bu maliyyə resursları ötən ildəkindən daha çoxdur.
Yəmən Milli Qurtuluş Hökumətindəki Humanitar Məsələlər üzrə Ali Şuranın media məsulu Camal əl-Əşvəl verdiyi müsahibəsində vurğulayıb: Humanitar yardımların dayandırlma qərarı milyonlarla insanı təhlükəyə salır və Yəmən xalqının təcavüz və sanksiya səbəbilə əmələ gəlmiş humanitar problemlərini daha da artırır. Bu iş, həmçinin, xüsusilə qadın və uşaqlar üçün qida təhlükəsizliyinin və qida çatışmazlığının yaranmasına səbəb olur.
O, deyib ki, bu məsələ ardıyca fəlakətli nəticələr gətirəcək və Yəmən ölkəsini qida çatışmazlığı və aclıq böhranı cəhətindən təhlükəli mərhələlərə aparıb çıxaracaq.
Əl-Əşvəl əlavə edib: Amerika həmişə Yəməni humanitar yardımların dayandırılması ilə təhdid edib və Yəmən Silahlı Qüvvələrinin sionist rejiminə vurduğu ağrılı zərbələri nəzərə almaqla, indi Amerika bu təzyiq vasitəsini işə salıb.
Yəmən Milli Qurtuluş Hökumətindəki Humanitar Məsələlər üzrə Ali Şuranın media məsulu sözlərinin davamında deyib: ABŞ Dünya Qida Proqramını Yəmən xalqının aclığı üçün təzyiq vasitəsi seçib; təcavüz və mühasirə səbəbilə ən pis humanitar böhranı təcrübə edən xalq. Bu böhran humanitar yardımların azalması ilə başlayıb və (humanitar yardım) tam dayanıb.
Onun sözlərinə görə, bu məsələnin siyası məqsədləri var və Yəmən Milli Qurtuluş Hökumətindəki Humanitar Məsələlər və Beynəlxalq Əməkdaşlıq üzrə Ali Şura humanitar yardımların siyasiləşdiriliməsinə qarşıdır.
Əl-Əşvəl əlavə edib ki, humanitar yardımların dayandırılması təkcə Ali Siyasi Şuranın nəzarəti altındakı bölgələrə şamil olub, halbuki, işğal olunmuş bölgələrə yardımlar davam edir. Bu da bu qərarın siyasi olmasını və qanunların aşkar pozuntusunu göstərir.