ABŞ Senatının konfrans zalında lentə alınmış homoseksuallarla pornoqrafik film dərc olunduqdan sonra bu rüsvayçılıq xəbəri Vaşinqtonda yayılıb.
Daily Caller xəbər saytı bu video klipi dərc edib. Əvvəlcə bu video sosial şəbəkələrdəki məhdud sayda qruplarda dərc olunub. Müxbirlərin sözlərinə görə, bu video Konqresin Ədliyyə Komitəsinin 216 nömrəli dinləmə otağında lentə alınıb. Onların sözlərinə görə, bu film senatorların çox vaxt oturduqları və dinləmə toplantıları boyunca sual soruşduqları bir masa göstərir.
Amerikalı aktiv radikal sağçı Laura Lomer Teleqram kanalında yazıb ki, bu filmin “qəhrəmanlarından” biri, bundan əvvəl 2020-ci ildə ABŞ prezidenti Co Baydenin seçki kompaniyası üçün təbliğat filimlərində iştirak edən Senatın demokrat əməkdaşı Aidan Massey Çrubiski olub. Massey Çrubiski bu videodakı mövcudluğunu inkar etməyib, amma deyib ki, heç vaxt iş yerində hörmətsiz hərəkət etməz.
İlkin məlumatlara əsasən, digər iştirakçılar arasında demokrat senator Ben Kardinin köməkçisi də var. Daha öncə də, Parlamentin 80 yaşlı bu nümayəndəsi yəhudi respublikaçı Maks Millerlə aqressiv rəftarda ittiham olunub. Amma senator köməkçisinin özü bu iki itthamı rədd edir.
Respublikaçı Mayk Kollinz Demokratlar Partiyası ətrafındak rüsvayçılıqlar barəsində deyib: “Solçılar üçün nifrin olunmuş bir həftə! Senatda pornoqrafiya, Virciniyada uşaq pornoqrafiyası, Ağ Evdə rəqqaslar və Ayovadakı şeytani heykəllər. Onlar barəsində deyilməyən başqa hansı rüsvayçılıq qalıb?”