Qəzzədəki Əş-Şifa xəstəxanasının rəhbəri Dr. Muhəmməd Əbu Səlimə sionist hərbiçiləri tərəfindən həbs edilməmişdən əvvəl, bu rejimin hərbiçilərinin Qəzzəyə hücumu zamanı bir neçə şəhidin cəsədini xəstəxana ərazisindən uzaqlaşdıraraq özləri ilə apardıqlarını açıqlamışdı. HƏMAS hərəkatı da bu bu xəbəri açıqlamışdı.
Fələstinli şəhidlərin cəsədlərinin və dəri, sümük, ürək klapanları kimi bədən üzvlərinin sionist rejimi tərəfindən oğurlanması təzə bir şey deyil. Bu rejim onilliklərdir ki, bu işi edir. Fələstinli Əsirlər və Azad Edilənlər Şurasının Araşdırmalar və Sənədlər Departamentinin rəhbəri Əbdün-Nasir Fərvanə müxtəlif şəraitdə və müxtəlif vaxtlarda şəhid edilmiş 400 fələstinli və qeyri-fələstinli ərəb şəhidlərinin cəsədlərinin hələ də sionist rejiminin ixtiyarında olduğunu bildirmişdi. O, bildirir ki, işğalçı rejimin saxladığı şəhidlərin siyahısında ötən əsrin 70-ci illərindən təxminən 2023-cü ilə qədər şəhid olanların adları görünür.
Şəhidlərin cəsədlərinin oğurlanması, üzərində yalnız rəqəm yazılmış və ədədlər qəbirsanlığı kimi tanınan qəbirsanlıqların olması və cənazələr təhvil verilən zaman ailələri tərəfindən şəhidlərin cənazəsinə baxılmağın sionist rejimi rəsmiləri tərəfindən qarşısının alınması belə rəftarların səbəbi barədə suallar doğurub. Bəziləri bunun səbəbinin sionist rejiminin şəhidləri və onların ailələrini təhqir etmək yaxud əsir olmuş sionist hərbiçiləri və cənazələri ilə dəyişdirilməsi üçün göstərdiyi səylər olduğunu bildiriblər. Amma sonradan məlum olub ki, bu rəftarın əsl səbəbi bunlardan daha dəhşətli bir şeydir.
Fələstinli dairələrinin uzun müddət bundan əvvəl bu vəhşi cinayətləri pisləməyinə baxmayaraq, onların səsi 2001-ci il isveçli jurnalist və tədqiqatçı Donald Bostromun tədqiqat hesabatını dərc etməklə sionist rejiminin fələstinli şəhidlərin bədənlərinin oğurlanması və onların satılması üzərindən pərdə götürdüyü vaxta qədər eşidilməyib. İlk dəfə idi ki, bu cinayət beynəlxalq ictimaiyyət üçün ifşa olunurdu.
İsrailli antropoloq Mayir Vays da “ölmüş cəsədləri üzərində” adlı kitabda buna oxşar nəticəyə işarə edib. O, bu kitabda fələstinli şəhidlərin bədən üzvlərinin oğurlanması hekayəsinə işarə edərək bildirib ki, 1996-cı ildən 2002-ci ilə qədər elmi araşdırmaların aparılması məqsədi ilə Tel-Əvivdəki “Əbu Kəbir” adlı Məhkəmə Tibbi Araşdırma Mərkəzində olub. O, orada bədən üzvlərinin, xüsusən də fələstinli şəhidlərin bədən üzvlərinin necə oğurlandığını, halbuki, israillilərin cənazəsinə kiçik zərər belə toxunmadığını öz gözləri ilə görüb.
Maraqlı məqam budur ki, sionist rejimi dünyanın ən böyük dəri bankına malikdir. Bu bank, hətta İsrailin dəri bankından 40 il əvvə inşa edilmiş Amerika dəri bankından da böyükdür və Amerika ilə sionist rejimi arasındakı cəmiyyət sayının fəqli olmasına baxmayaraq, bu rejimdəki insana aid dəri ehtiyatı 170 kvadrat metrə çatır. Halbuki, yəhudilər dini səbəblərə görə, bədən üzvünün bağışlanmasına razı deyillər. Bu da bütün bu dəri və bədən üzvləri mənbəyinin fələstinli şəhidlər olduğuna şahiddir.
İşğal olunmuş Fələstində Məhkəmə Tibbi Araşdırma Mərkəzinin keçmiş rəhbəri Yəhuda Heys bu hadisə ilə bağlı 2009-cu ildə yayımlanmış sənədli bir filmdə rəhbərlik etdiyi müəssisədə fələstinli şəhidlərin bədən üzvlərinin oğurlanmasını açıq-aşkar etiraf etmişdi. O, demişdi: Biz (fələstinli şəhidlərin bədənindən) dəri, ürək klapanı, sümük və.s götürürdük. Bütün bu işlər tamamilə gizlin, qeyri-rəsmi və ailələrdən icazə alınmadan baş verirdi.
2009-cu ildə ABŞ Federal Polisi “Levi İsaak Rozenbaum” adlı bir sionist köçkününü həbs etdi. Dindirilmə zamanı onun Amerikada insanın bədən üzvlərinin satışı üzrə dəllal olduğu, sionist ravvinlər, siyasətçilər və işçilər tərəfindən idarə olunan cinayətkar bir dəstənin üzvü olduğu məlum oldu. İsveçli jurnalist Donald Bostrom da öz araşdırmasında bu cinayətkar dəstənin fələstinli şəhidlərin bədən üzvlərinin oğurlanması əməliyyatları ilə əlaqəli olması ehtimalına toxunaraq yazmışdı: “21-ci əsrin birinci onilliyində İsraildəki böyrək transplantasiyası əməliyyatında istifadə olunmuş böyrəklərin yarısı qanunsuz olaraq alınıb və İsrailin səhiyyə və müalicə rəsmilərinin də bu proses barəsində tam məlumatları var idi, amma onun dayandırılması üçün heç bir iş görmürdülər.”
2009-cu ildə bu böyük rüsvyaçılığın ifşa olunmasına rəğmən, sionist rejiminin rəsmiləri bu sübut olunmuş ittihamlardan yayınmağa çalışdılar. Buna görə də, sionist rejiminin Səhiyyə Nazirliyinin o vaxtki sözçüsü “İnav Şimron” bəyanat verərək bildirdi ki, “bu hadisə uzun illər əvvəl bağlanmış köhnə bir işdir.” Amma alçaq və cinayətkar təbiət dəyişmədiyinə və sonda bir gün yenə özünü göstərəcəyinə görə, Aralıq Dənizi İnsan Haqlarına Nəzarət Təşkilatı ötən şənbə günü Qəzzədəki Əş-Şifa xətəxanasındakı və Qəzzənin şimalındakı İndoneziya xəstəxanasındakı fələstinli şəhidlərin cəsədlərinin və fələstinlilərin şimaldan Qəzzənin mərkəzinə və cənubuna köçürülməsi üçün təyin olunmuş təhlükəsiz keçiddə saxlanılmış cəsədlərin oğurlanması barəsində araşdırma aparmaq üçün Beynəlxalq Fakt Axtaran Müstəqil Komitə yaradılmasını tələb edib.
Aralıq Dənizi İnsan Haqlarına Nəzarət Təşkilatı bildirib ki, sionist rejimi, həmçinin 10 gün əvvəl Əş-Şifa xəstəxanası ərazisində dəfn olunmuş şəhidlərin kütləvi məzarlığını açıb və şəhidlərin cəsədlərini özləri ilə aparıb. Bu insan haqları mərkəzi bildirib ki, Qəzzə həkimləri şəhidlərin bədənlərini müalicə edən zaman onların gözün buynuz qişası, qulaq ilbizi (orta qulaq) kimi bəzi bədən üzvlərinin və qaraciyər, böyrək və ürək kimi digər bəzi həyati orqanlarının oğurlandığını başa düşüblər.
Beynəlxalq qanunlar silahlı münaqişələr zamanı öldürülmüş şəxslərin cəsədlərinə hörmət olunmasının və onların qorunmasının vacibliyini çatdırır. Dördüncü Cenevre Konvensiyasına əsasən, münaqişənin hər iki tərəfi cənazələrin oğurlanması və məhv edilməsnin qarşısını almaq üçün bütün lazımi tədbirlərə riayət etməlidirlər. Amma sionist rejimi Amerikanın və Qərbin tam və qeydsiz-şərtsiz dəstəyinə görə, özünü qanundan yuxarı görür və bütün bu qanunları görməməzlikdən gəlir. Dünya bu acı həqiqəti dəfələrlə görüb. Məsələn, 10 mindən çox qadın və uşaq ABŞ istehsalı olan qadağan olunmuş silahlardan, hansı ki, heç bir qanuni, əxlaqi və insani məhdudiyyət olmadan mülki məqsədlərə qarşı işlədilir, (onlardan) istifadə olunmaqla qətliam olunur. Buna görə də, milli, ərəbi, islami və beynəlxalq hərakat yaratmaqla və siyasi, hüquqi, diplomatik tədbirlər görməklə bu cinayətkar siyasətləri, şəhid bədənlərinin oğurlanmasını dünya ictimaiyyətinə açıqlamaq və bu rejimi rüsvay etmək lazımdır. Necə ki, müqavimət mediyası, media və sosial şəbəkə fəalları və dünyanın bütün azad insanlarının sayəsində sionist rejiminin Qəzzədəki 49 günlük cinayətləri dünya ictimaiyyəti üçün aşkar olundu və dünya boyunca milyonlarla insanın keçirdiyi nümayişlər və mitinqlərlə nəticələndi. Sionist rejiminin yalançı təbiəti və bu faciələrlə bağlı fələstinlilərin hekayətinin həqiqiliyi hər kəsə aydın oldu.