BBC xəbər kanalının bir sıra müxbirləri ünvanladıqları bir məktubda bu kanalın Qəzzə müharibəsində sionist rejimini dəstəkləməsinə və “fələstinli mülki qurbanların insan obrazı”-nın göstərilməməsinə etiraz ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, BBC xəbər kanalı Britaniyada yerləşən bu kanalın bir sıra jurnalistləri tərəfindən sionist rejiminin mövqelərini dəstəkləməkdə və HƏMAS-la Tel-Əviv arasındakı son toqquşmalarda “fələstinli mülki qurbanların insan obrazının göstərilməsində” aciz olmaqda ittiham olunub.
Britaniya qəzetlərindən birinin verdiyi hesabata əsasən, Britaniyada yerləşən BBC xəbər kanalının 8 jurnalisti “Əl-Cəzirə”-yə göndərdikləri 2 min 300 kəliməlik məktubda bu kanalın direktorunu Qəzzə müharibəsində sionist rejiminin mövqelərini doğru olmayan tərəfdarlıqda ittiham ediblər və bildiriblər ki, bu kanal Qəzzədə müharibə başlayan vaxtdan sionist rejimi ilə HƏMAS arasındakı toqquşmalarla bağlı xəbərləri “dəqiq” yayımlamaqda səhlənkarlıq edib.
Təhlükəsizliyə görə, Əl-Cəzirə kanalından kimliklərinin yayımlanmamasını istəyən bu jurnalistlər qeyd olunan məktubda “BBC-nin müharibə zamanı fələstinlilərin vəziyyəti ilə bağlı humanitar xəbər yayımı çox az olub”- deyə yazıblar və BBC-ni fələstinli mülki şəxslərlə bağlı ikili standartlar seçməkdə ittiham ediblər.
Onlar bildiriblər ki, BBC reallığı aradan qaldırmaq və sionist rejiminin addımlarını və iddialarını tənqid etməməklə Qəzzədəki müharibə ilə bağlı düzgün hekayəyə sahib ola bilməyib.
Onlar BBC xəbər kanalının mövqelərini tənqid etməklə yanaşı yazıblar: 7 Oktyabr tarixidən bugünə qədər Qəzzə müharibəsində minlərlə fələstinli öldürülüb. Öldürülənlərin sayı nə qədər olmalıdır ki, redaksiyamızın müharibə barəsindəki mövqeyi dəyişsin?
Onlar Əl-Cəzirəyə bildiriblər ki, məktublarını BBC müdirlərinə göndərmək fikirləri yoxdur. Çünki, onların fikrincə, bu iş bu kanalın müdirlərinin mövqelərinin dəyişməsi üçün mənalı və konstruktiv müzakirələrlə nəticələnməyəcək.
Bununla belə, BBC-nin sözçüsü bildirib ki, bu kanalın müharibə zamanındakı xəbər yayımı Qəzzədə və İsraildə yaşayan mülki vətəndaşlara dağıdıcı insan xərclərini tamamilə aşkar göstərib.
Bununla əlaqədar, BBC kanalının icraçı direktoru “Danni Kohen” ötən həftə bu kanalın müxbirlərindən birini sosial şəbəkələrdə Fələstini dəstəkləməkdə ittiham etdiyi halda, bəzi müxbirlərin fələstinli mülki şəxslərə qarşı dəstəkləyici mövqelərini tənqid etməklə yanaşı bildirib ki, britaniyalı yəhudilər bu kanalın müxbirlərinin balanssız hesabatlarından əziyyət çəkirlər.
Bununla belə, BBC jurnalistləri Əl-Cəzirəyə yazılmış məktubda bildiriblər ki, kanal rəhbərliyinin göstərişinə əsasən, onların “qırğın” və “qəddarlıq” kimi ifadələri yalnız HƏMAS üçün işlətmələri icazəli olub. Onlara yalnız HƏMAS-ın regionda yeganə təhrik edici və kobudluq amili olaraq tanıtdırılmasına icazə verililb. Sözü gedən müxbirlər bu mövqelərin doğru olmamasını, amma BBC kanalının mövqeləri ilə tamamilə uyğun olduğunu bildiriblər.
Bu məktubda deyilir ki, HƏMAS-ın Oktyabrın 7-də işğal olunmuş ərazilərə qəfil hücumu heç bir halda minlərlə fələstinli mülki vətəndaşların öldürülməsinə haqq qazandırmır və BBC öz fəaliyyətlərində bu qətlləri dəstəkləməməlidir.
Bu məktubda BBC jurnalistləri bu kanaldan Qəzzə müharibədində rəsmi və humanist qərəssiz təşkilatların sübutlarına əsaslanan tapıntıları daha yaxşı yayım formasında işıqlandırmağı, öz xəbər yayımlarında daha çox bu təşkilatların tapıntılarına diqqət etməyi tələb ediblər.