BBC-nin livanlı müxbiri Nida Əbdus-Saməd Fələstinin amallarını dəstəklədiyinə görə, Ərəb Radiosunda 27 il xidmət etdikdən sonra işdən çıxarılıb.
Livan Sosialistlər Partiyasının keşmiş rəhbəri Vəlid Canbolat Twitterdə yazıb ki, Balfour Bəyannaməsi və İngiltərinin Fələstin mövzusundakı rolunu nəzərə alsaq, BBC-nin livanlı müxbiri Nida Əbdus-Samədin HƏMASI müqavimətin bir hissəsi olduğunu bildirdiyinə görə işdən çıxarılması qəribə deyil.
Livan parlamentinin nümayəndəsi İbrahim əl-Musəvi Nida ilə həmrəy olduğunu bildirməklə yanaşı, iftixarlı milli mövqeyinə görə, ona təşəkkür edib və deyib ki, belə insanlar mediyada və qlobal ikiüzlü cəmiyyətdə cəsur mövqelərinin bədəlini ödəyirlər. Bu arada Nida insani vicdanının bədəlini ödədi. Buna görə də, ona çox ehtiram edir və dəyər veririk.