Trampın himayəsi altında Ağ Evdə “İbrahim razılaşması”-nın imzalanmasından 3 il ötür. İlk olaraq onu BƏƏ və Bəhreyn işğalçı İsrail rejimi ilə imzalayıb. Daha sonra Mərakeş və Sudan bu razılaşmaya qoşulublar.
Xalq Cəbhəsi lideri Üsamə Əl-Hac Əhməd İsrail rejimi ilə normallaşmanı cinayət və Fələstin xalqına, onların amallarına arxadan xəncər olduğunu bildirərək deyib: Normallaşmanın bütün nəticələri “İsrail”-in xeyrinədir. Çünki, o, ərəb dünyasının bütün resurslarını istismar etmək, sərmayə qoymaq və onu talamaq istəyir.
O, əlavə edib: “İsrail” Fars körfəzi ölkələri, xüsusilə də bu rejimlə normallaşmaqda olan ölkələrlə əlaqələri normallaşdırmaqla, müqavimət qüvvələri, xüsusən də İranla mübarizə aparmaq üçün Ərəb, sionist və Amerika koalisiyası yaratmaq istəyir. Bu, hamıya bəllidir.
Əl-Hac Əhməd sözlərinin davamında deyib: Ərəblərin və fələstinlilərin bu normallaşmadan əldə etdikləri bütün nailiyyətləri barədə sadə hesabat aparmaqla, hər şeyin “İsrail”-in xeyrinə bitməsi ələ gəlir; fələstinlilərə qarşı daha da aqressivləşib, onların hüquqlarına arxa çevirib, Fələstin xalqına qarşı daha faşist, kinli və qaniçən olub.
Beynəlxalq Sənəd Mərkəzinin direktoru Dr. Cihad Səd vurğulayıb: Normallaşma sazişlərinə heç zaman fələstinlilərin ehtiyacı olmayıb, əksinə həmişə Amerikanın himayəsinə ehtiyaclı olan ona bağlı rejimlərin ehtiyacı olub.
O, deyib: Bu rejimlər strateji xidmətlər mərkəzlərinə çevrilmə mərhələsinə çatıblar. “İsrail”-in iqtisadi vəziyyətinin Fars körfəzi bazarlarında nüfuz həddinə çatdığı bir şəraitdə, ABŞ-ın onlardan istədiyi hər bir şeyi yerinə yetirirlər. Bütün bu şəraitlər işğalçı rejimlə (əlaqələri) normallaşdıran rejimlərin iqtisadi əlaqələrinin təkmilləşməsi yolu ilə baş verib.
O, Fələstin iqtisadiyyatı barəsindəki normallaşma mövzusunun böyük bir yalan olduğunu bəyan edərək vurğulayıb: İbrahim razılaşmasının əsl hissəsi “İsrail”-in Fars körfəzi ətrafı ölkələrinin iqtisadiyyatına nüfuz etməkdir.
Beynəlxalq Sənəd Mərkəzinin direktoru əlavə edib: “İbrahim razılaşması”-nın imzalanmasından keçən 3 il ərzində “İsrail”-in təhlükəsizlik və investisiya şirkətləri əhəmiyyətli dərəcədə Fars körfəzi bazarlarına daxil olublar.