Sionistlərin Sabra və Şətiladakı cinayət rüsvayçılığı zaman ötməsi ilə silinməz. “Müqaviməti dəstəkləməyi seçmək” qlobal toplantısı soyqırımın 41-ci ildönümünü mərasim keçirməklə anıb. Bu mərasimdə Livanın və Fələstinin bir sıra siyasi və partiya xadimlərinin iştirakı ilə bu qətliamda şəhid olanların xatirəsinə əkili qoyulub.
Müxbir Hüseyn İzzəddinin verdiyi hesabata görə, mərasimdə iştirak edənlər işğalçıların qətliam törətdiklərinə görə, cəzalanmalı olduqlarına dair mövqelərini açıqlayıblar. İştirakçılar, həmçinin Sabra və Şatila qətliamını insan haqlarını müdafiə etdiklərini iddia edənlərin alınlarına rüsvayçılıq ləkəsi kimi təsvir ediblər.
16 Sentyabr 1982-ci ildə işğalçı sionist rejimi bəzi xristian silahlıları da daxil olmaqla, öz agentlərinin iştirakı ilə Sabra və Şatila düşərgələrində qətliam törətdilər; minlərlə silahsız və müdafiəsiz həm livanlı, həm də fələstinli mülki şəxsin qəddarcasına öldürüldüyü qətliam. Bu qətliam işğalçıların Livana hücumları və Beyruta daxil olmalarının beynəlxalq ictimaiyyət tərəfindən heç bir reaksiya ilə üzləşmədiyi bir halda baş verdi.