Müsəlman şagirdlərin abaya geyimi (müsəlman qadınlarına aid uzun libas) ilə Fransa məktəblərinə girişi üçün ağır məhdudiyyətlərin tətbiq olunmasının ardınca, onlarla qız şagird anti-İslam siyasətlərinə tabe olmaqdan imtina etdiklərinə görə, bu ölkənin məktəblərinə buraxılmayıblar.
Verilən məlumata əsasən, Fransa hökumətinin müsəlman şagirdlərin bu ölkənin məktəblərinə giriş icazəsi əldə etməkdən ötrü onların geyimlərinə ağır məhdudiyyətlər qoymasına baxmayaraq, Fransanın Təhsil nazirinin verdiyi məlumat onu göstərir ki, təxminən 300 şagird həftənin bazar ertəsi günü İslami abaya ilə məktəblərə gediblər.
Fransanın Təhsil naziri “Qabriel Atal” bildirmişdi ki, Sentyabrın əvvəli məktəblərin başlamasıyla şagirdlərin islami geyimlə (məqsəd həmin abayadır) dərslərdə iştirak etmə icazəsi olmayacaq.
Xarici KİV-in verdiyi məlumata görə, bununla da Fransa Təhsil naziri bildirib ki, bu məhdudiyyətlərin qoyulmasının ardınca, qız şagirdlərin çoxu fərqli geyimlərlə məktəblərə getməyə məcbur olublar və onlara dərslərdə iştirak etmə icazəsi verilib.
Bu hesabata əsasən, Fransa hökumətinin məktəblərə giriş üçün müsəlman qızların geyimlərinə qoyduğu məhdudiyyətlərə tabe olmaqdan imtina etdiklrinə görə, 67 şagirdin məktəblərə girişinə icazə verilməyib.
Fransa hökuməti bildirib ki, məktəb və dövlət məsulları bu şagirdlərin ailələri ilə danışığa başlayıb. Danışıqlar nəticə verməzsə, övladları məktəblərdən çıxarılacaq.
Bu ilk dəfə deyil ki, Fransa özünün anti-İslam qanunları ilə bu Avropa ölkəsindəki müsəlman cəmiyyətinə təzyiqi gücləndirməyə çalışır. Bundan əvvəl də bu hökumət müsəlmanların baş örtüyündən istifadəsini qadağan etmişdi. Fransa müsəlmanlara qarşı bir çox tədbirlər həyata keçirən Avropa ölkələrindəndir.
Fransada təxminən 45 000 mətkəb var və bazar ertəsi günü 12 milyon şagird məktəbə qayıdıb. “Emmanuel Makron” hökumətinin radikal solçu qanadı Fransa prezidentini abaya qadağası qoymaqla sağçı “Marin Le Pen” partiyası ilə rəqabət aparmaqda ittiham edib.
Halbuki, Avropa ölkələrinin bir çoxunda müsəlmanların sayı artıb. Bu ölkələrdə islamafobiya da son illərdə genişlənib.
İslamafobiya bir tərəfdən İslam və Qərb dünyası arasındakı tarixi əlaqələr səviyyəsində, digər tərəfdən də İslam cəmiyyətləri və Qərb ölkələrindəki müasir inkişaflar səviyyəsində çoxlu dəyişikliklər nəticəsində yaranıb. Bu termin 20-ci əsrin əvvəllərindən ortaya çıxıb, amma əməldə ondan əvvəl də mövcud olub.