Xarici KİV-in verdiyi məlumata əsasən, ABŞ İŞİD terror qruplaşması üzvlərini yenidən himayə etməklə onları Suriyanın şərq, şimal və cənub şərq hissələrində yenidən aktivləşdirib.
Verilən məlumata görə, ABŞ Suriyanın bəzi bölgələrində İŞİD terror qruplaşması üzvlərinə yeni dəstək verib və İŞİD-in 4 aydan sonra aktivləşməsinin sirri ABŞ-ın dəstəyidir.
Bu hesabata əsasən, “İŞİD qruplaşmasının üzvləri (bir müddət əvvəl) 48 saatdan daha az vaxt ərzində Suriya ordusu və müttəfiqlərinin Raqqa vilayəti (şimal) və Deyr əz-Zor (şərq) vilayətindəki mövqelərinə hücum ediblər. Bu hücumlar İŞİD-in öz hərbi fəaliyyətini bərpa etməkdə olduğunu göstərir.”
İŞİD verdiyi bəyanatda bu hücumları rəsmən öz öhdəsinə götürüb.
İŞİD Aprel və May aylarında göbələk yığımı fəslində Raqqa (şimal), Deyr əz-Zor (şərq) və Həmah (mərkəzi şimal) vilayətində, hətta Homsda hücumlar həyata keçirib. Bundan sonra ordunun bölgədə təmizləmə əməliyyatlarının və İŞİD-in mövqelərinin, ləvazimatlarının, silahlarının məhv edilməsinin ardınca, hücumları azaldı. Amma səhradakı 4 aylıq nisbi sakitlikdən sonra İŞİD yenidən hücumlara başlayıb, Rəqqa və Deyr əz-Zor vilayətləri sərhədindəki Mədan Ətiq bölgəsində Suriya ordusuna qarşı hücumlar həyata keçirib.
Suriya ordusunun mövqelərinə İŞİD-in hücumlarının artması və qruplaşma üzvlərinin ABŞ-ın işğalı altındakı bölgələrdə yox olmaları deyilən məlumatları sübut edir. ABŞ onlara dolayı yolla dəstəyi artırıb ki, bu yolla səhrada Suriya ordusunu, rusları və Suriya ilə İraq arasında əlaqə nöqtəsi olan iranlıları təzyiq altına salsın… Suriya və müttəfiqləri qəti olaraq belə bir layihələrin qarşısında dayanacaqlar və təmizləmə əməliyyatlarını başlamaqla, regionda hər bir İŞİD-i aradan aparacaqlar.
Son günlər məlumatlı mənbələr vurğulayıblar ki, ABŞ-ın Suriya və İraq sərhəd rabitə xəttini kəsmək fikri var. ABŞ-ın keçmiş Suriya elçisi “Ceyms Ceffri” ölkə qüvvələrinin Suriyadan çıxmamasını bildirərək təsdiqləyib ki, “Biz Dəməşq və Tehranın (Suriyanın) cənubundakı əsas yolunu kəsmək üçün Ət-Tənfdəyik (Suriya). Tramp zamanında da Bəşər Əsəd sisteminə təzyiq olunması üçün bəzi işlər görülüb.”