İsveçdə Quranı təhqir edən kəs son bir neçə həftə ərzində ikinci dəfə bu ölkənin polisinin icazəsi ilə Qurani-Kərimi təhqir edib.
Xarici KİV-in verdiyi məlumata əsasən, dünən (20 İyun) İsveçdə Quranı yandıran cinayətkarlar son bir neçə həftə ərzində ikinci dəfə ölkə polisinin icazəsi ilə İstokholmda İslam əleyhinə toplantı üçün icazə aldıqdan sonra Qurani-Kərimi təhqir ediblər.
Bu mitinqdə İraq-İsveç vətəndaşı “Salvan Momika” İsveç polisinin dəstəyi ilə növbəti dəfə Qurana qarşı hömətsizlik edib və İraq bayrağını yandırıb. İsveç polisi çərşənbə günü (19 İyun) bildirib ki, İraqın İstokholmdakı səfirliyinin çöl tərəfində etiraz aksiyası keçirmək üçün icazə verib. Bəzi mediyalar bu etiraz aksiyasını təşkil edənlərin müsəlmanların müqəddəs kitabını yenidən yandırmaq niyyətlərinin olduğunu bildiriblər.
İraqın baş nazirliyinin ofisi daha əvvəl İstokholma xəbərdarlıq etmişdi ki, keçirilən anti-İslam aksiyasında Qurani-Kərimə növbəti dəfə hörmətsizlik olunarsa, İsveçlə əlaqələri kəsəcək.
Dünyadakı ümumi qəzəb və nifrətin olmasına, İsveç polisinin aksiya təşkilatçılarının niyyəti gizlətməsinə baxmayaraq, yeni anti-İslam aksiyasının keçirilməsi üçün İsveç polisinin icazəsinin üzə çıxmasının ardınca, İstokholm polisi bildirib ki, İraq səfirliyinin çölündə “ümumi bir aksiya” üçün icazə verib. Amma etirazçıların proqramı barədə artıq məlumat verməyib.
Rəsmi İsveç xəbər agentliyi aksiya təşkilatçılarının polisə müraciətində Quran kitabını və İraq bayrağını yandırmaq niyyətlərinin olduğunu, ötən aydakı aksiyada iştirak edənlərin bu yeni aksiyanı keçirmək istədiklərini iddia edib.
Digər Xarici KİV-in verdiyi məlumata görə, İsveç polisindən bu şəxslərin müraciət məktubunu bu mediyaya verməsini istəyib. Amma bu istəyə cavab verilməyib. İsveç polisi müsəlmanların səmavi kitabının təhqir olunması üçün icazə verdiyinə görə, ictimai qınaq və qəzəbdən qurtarmaq üçün iddia edib ki, yalnız ümumi aksiyalar üçün icazə verib, aksiyalar zamanı baş verən hadisələrə deyil.