Sionist rejiminin baş nazirinə yaxın bir mənbə ABŞ prezidentinin bazar günü Netanyahu kabinetinə qarşı verdiyi açıqlamalara reaksiya verərək, Co Baydeni “həyasız” bir xarakter kimi təsvir edib.
Netanyahuya yaxın bir məmur bildirib ki, “ABŞ prezidenti Co Bayden həyasızdır. Hətta Obama, belə açıqlamalara cəsarət etməyib.”
ABŞ prezidenti Co Bayden bazar günü TV kanallardan birinə verdiyi müsahibədə Netanyahunun Nazirlər Kabinetini İsrailin ən radikal kabineti sayıb.
O, bu müsahibəsində Netanyahunun Vaşinqtona dəvət olunmasını rədd və İsrailin Nazirlər Kabinetini İordan çayının qərb sahillərində vücuda gəlmiş problemlərin bir hissəsi hesab edib.
Son zamanlar Bayden hökuməti və Netanyahunun Nazirlər Kabinetinin ixtilafları artıb. Belə ki, Netanyahuya yaxın olan bəzi insanlar Bayden hökumətinin bu kabinetə qarşı etirazları dəstəklədiyini dəfələrlə iddia ediblər.