ABŞ-ın Xarici İşlər Nazirliyinə bağlı “Ədalət üçün Mükafat Proqramı” bildirib ki, bu ölkə Hizbullah rəhbərlərindən olan, Təhsin kimi tanınan İbrahim Əqilin həbs olunmasıyla nəticələnən məlumat müqabilində 7 milyon dollarlıq mükafat nəzərdə tutub.
Bu proqramın Twitter səhifəsində yazılıb ki, “40 il əvvəl belə bir gündə İbrahim Əqilin üzv olduğu İslami Cihad Təşkilatı ABŞ-ın Beyrutdakı səfirliyinin partladılmasında iştirak edib. Ondan xəbəriniz varmı? Bizə zəng edin! Bu mükafat sizin ola bilər”.
Bu mükafat barədə olan bu elan ABŞ-ın Beyrutdakı səfirliyinin partladılmasının 40-cı ildönümü münasibətiylə dərc edilib. Bu elanı (İyunun 13-ü) tanınmış elektron qəzetlərinin birinin saytında gördüm və fikirləşdim ki, ABŞ-ın Hizbullaha qarşı iddaları və ittihamları barədə təhlil yazmağım yaxşı olar. Amma fikrimi özünə cəlb edən nöqtə bu xəbəri oxuyanların amerikalı terrorçu hərbiçilərinin dünya boyunca, xüsusən də Yaxın Şərqdə yerləşmələrinə və vəhşi Amerika kovboy mədəniyyətinə toxunan baxışları oldu.
Bu şərhlər deyilməsi lazım olanları demişdilər. Xəbəri oxuyanlar öz şərhlərində göstərmişdilər ki, region xalqları qurbanla cəlladın yerini dəyişmək və həqiqətləri təhrif etmək üçün ABŞ-ın hiylə və yalanlarıyla yaxşıca tanışdırlar. Daha aldanmazlar. Region xalqları yaxşı bilirlər ki, terrorçu, işğalçı, təcavüzkar və qatil kimdir. Onlar öz torpağı, müqəddəsləri və şərəfi yolunda cəsarətlə mübarizə aparan müqavimətlə terorizmi rahatlıqla ayırırlar.
Bu şərhlərdən bəzilərini seçərək burada yerləşdirmişəm:
İndi ABŞ 40 il əvvəl Beyrutdakı səfirliyinin partladılmasında əli olması ittihamıyla Hizbullahın komandirlərindən birini həbs etmək istədiyi halda, yaxşı olmazmı ki, 1986-cı ildə Qəzzafinin Tripolidəki iqamətgahına hava hücumunda onun övladlığa götürdüyü qızın öldürülməsi cinayətinə görə, özünün keçmiş prezidenti Ronald Rayqanı da təslim etsin?
ABŞ İraqın tələbinə əsasən, bu ölkədəki fəsad, cinayət, dağıntı və sərvət oğurluğunda əli olan cinayətkarları, Corc Buş, Ramsfled, Con Bolton və Dik Çeyni kimi cinayətkarları təslim etməyə hazırdırmı?
ABŞ şəhid Qasim Süleymani və şəhid Əbu Mehdi əl-Mühəndisə qarşı sui-qəsd törədən terrorçu Donald Trampı İrana verməyə hazırdırmı?
ABŞ ölkə xaricindəki missiyalarda müdafiəsiz mülki şəxslərə qarşı hərbi çinayətlər törətmiş hərbiçiləri təslim etməyə hazırdırmı? ABŞ dronlarının hava hücumu nəticəsində Pakistanda, Əfqanıstanda, İraqda, Somalidə, Suriyada, Yəməndə və Liviyada çox sayda müdafiəsiz mülki şəxslər həyatlarını itiriblər.
ABŞ sionist cinayətkarlarının həbs olunması üçün müzakirələri dəstəkləyəcəkmi? O, 1948-ci ildən bəri Fələstin torpağını işğal edən sionist terorizmini dəstəkləməkdə niyə israrlıdır? Niyə onların cinayətlərini özünü müdafiə sayır?
Daha çox şərh qeyd etmək istəsək, çox uzanar. Həbs qərarını yaxud məhkumluq hökmünü kimlər verir? Kimlər 20 milyon yerli amerikalıları məhv edib, yüz minlərlə afrikalını öz ölkələrindən oğurlayaraq qul kimi Amerikaya aparıb? Kimlər Yaponiyanın iki şəhərini Hiroşima və Naqasakini atom bombasıyla bombalamaqla, yüz minlərlə mülki şəxsi qətlə yetirib? Kamboca və Vyetnamda milyonlarla insanı qətlə yetirmək üçün beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə edən kimlərdir? Yaxud Latın Amerikası, Asiya və Afrikada yüz minlərlə insanı hücum, müharibə, hərbi çevriliş və işğalçılıqla öldürən kimlərdir? Kimlər İranın mülki təyyarəsini vuraraq bir neçə saniyə ərzində 290 nəfəri öldürüb?
ABŞ gərək bilsin ki, məzlumların intiqam üçün zalimlərə qarşı qiyam etdiyi gün çox ağır olacaq və belə bir gün uzaqda deyil.