Yəhudi bir tarixçi sionist rejiminin İraq yəhudilərini bu ölkəni tərk etməyə və işğal olunmuş Fələstinə tərəf qaçmağa necə məcbur etdiyini açıqlayıb.
Xarici KİV-in veridiyi məlumata görə, İsrail-İngilis tarixçisi “Avi Şlaim” yeni kitabında yazır ki, terror və casus təşkilatı olan Mossad XX əsrin 50-ci illərində İraq yəhudilərinin təhlükəsizlik hiss edərək işğal altındakı Fələstinə tərəf qaçmaları üçün qəsdən onları hədəfə alıb.
O, “Üç dünya: Yəhudi ərəbin xatirələri” adlı bu kitabında XX əsrin 50-ci illərində İraqda yaşayan yəhudilərə olunan hücumda Mossadın rolunu göstərən inkar olunmayacaq sənədlərin və dəlillərin kəşf olunmasından danışır.
“Avi Şlaim” öz xatirələrində iraqlı bir yəhudi olaraq, öz uşaqlıq dövrünün təfərrüatları və daha sonra işğal olunmuş Fələstinə qaçmağı barədə söhbət açır. Bu xatirələrdən bir hesabat ötən şənbə günü Spectator jurnalında dərc olunub. Bu hesabat sionist rejiminin 1950-1951-ci illərdə yəhudilərin kütləvi şəkildə İraqdan köçmələri ilə nəticələnən terror hücumlarındakı müdaxiləsinə dair inkar olunmaz dəlillərin mövcudluğunu təsdiqləyir.

Qeyd etmək lazımdır ki, sionizm hərəkatının ilk əvvəllərində İraq yəhudiləri ona çox meyl göstərmədilər. Sionizm hərəkatının əsl hədəfi Avropa yəhudilərinin vəziyyətində dəyişiklik idi və İraq yəhudiləri onun sosializm və əl əməyi kimi idealarına elə də maraq göstərmədilər. Yəhudilər İraqın müstəqillik dönəmində İraq dövlətində çox böyük rol oynayıblar, belə ki, İraqın ilk İqtisadiyyat Naziri “Sason Eskel” adlı bir yəhudi olub. Yəhudilər İraq ictimaiyyətində sabit mövqeye sahib idilər.
“Avi Şlaim” öz kitabında yazır ki, geniş araşdırmalardan sonra bu nəticəyə gəlib ki, 1951-ci ilin Yanvarında Bağdadda 4 yəhudinin ölümünə səbəb olan “Məsuda” kilsəsinin partladılmasından başqa digər partlayışlar Mossadın işi olub.
O, həmçinin deyib ki, bu hadisələr “110 min yəhudinin İraqdan İsrailə köçməsinə səbəb oldu. Həmin vaxt eyni üsulla 800 mindən çox digər yəhudi də Orta Şərq ölkələrindən və Şimali Afrikadan İsrailə köçdülər.”
O, sözlərinə davam edərək deyib ki, 2005-ci ilə qədər İsraildəki yəhudilərin 61%-i tam yaxud qismən “Mizrahi” mənşəli idilər. Bu termin sionist rejimi yarandıqdan sonra ərəb və şərq ölkələrindən işğal altındakı Fələstinə gedən yəhudilərə işarədir. Bunun müqabilində isə Avropadan işğal altındakı torpaqlara köçən “Aşkenazi” yəhudiləri dayanır.
“Avi Şlaim” öz kitabında ailəsinin canını qorumaqdan ötrü əcdadlarının min illərlə yaşadığı İraqdan qaçmağa necə məcbur olduğunu izah edir; o zaman onun 5 yaşı olub.
O, yazıb ki, 1941-ci ildə İraqa hücumda və fələstinlilərinin didərgin düşməsində iraqlı yəhudilərin ingilislərlə əlbir olması haqqında şayelər yaranan vaxta qədər İraqdakı yəhudilər antisemitizmlə üzləşməyiblər.

“Avi Şlaim” yəhudilərin işğal olunmuş Fələstinə qaçmasından sonra qondarma İsrail rejiminin yaranmasından ötrü fələstinlilərin qətliam olunmasına şahid olduqlarına işarə edib.
İraq əsilli bu yəhudinin kitabında yazılıb: “İsraillilər 13 000 fələstinlini öldürdülər, təxminən 530 kənd və qəsəbəni viran edərək boşaltdılar, 30 qətliam həyata keçirdilər, Nikbət (Müsibət) zamanı 750 000 fələstinlini qovdular. Halbuki, 6000-dən çox israilli yəhudi, o cümlədən 4000 hərbi və mülki şəxs öldürüldü. Bundan əlavə ərəb ölkələrindən olan təxminən 2000 əsgər də toqquşmalarda həlak oldu.”
“Avi Şlaim” kitabın başqa yerində yazır ki, Mizrahi yəhudilər (ərəb və şərq ölkələrindən Fələstinə gedən yəhudilər) Aşkenazi yəhudilər qarşısında bərabər deyillər və həmişə ayrı-seçkiliyə məruz qalıblar.
Onun sözlərinə görə, hal-hazırda da Mizrahi yəhudilər İsrail cəmiyyətinin ən kasıb təbəqəsi hesab olunurlar və məhrum olunmuş ərazilərdə yaşayırlar.