İraq şiələrinin “Koordinasiya Çərçivəsi” liderlərdindən biri, ABŞ-ın İran sərhədinə yaxın ərazidə yerləşən 6 silahlı terror qruplaşmasını dəstəklədiyini açıqlayıb.
Cəbbar Əvdə deyib: “Parçala və hökm sür” siyasətinə söykənən ingilislərin siyasətini izləyən ABŞ-ın adəti və siyasi proseduru, beynəlxalq arenada fitnə törədib, toqquşmalar yaratmaqdır.
O, ABŞ-ın İran və İraq Kürdüstanı ərazisinə yaxın yerdə aktiv olan 6 terror qruplaşmasını müxtəlif yollarla dəstəklədiyini bildirərək deyib: Baş verənlər buna görədir ki, mövcudluqlarını və fəaliyyətlərini qeyri-qanuni saydığımız silahlı qruplaşmalardan istifadə etməklə, bu məntəqə regional toqquşmalar sahəsinə çevrilsin.
O, sözlərinin davamında deyib ki, bu qrupların fəaliyyətlərinin qeyri-qanuni olmalarının səbəbi, İraq Konstitusiyasının bu qrupların həmsərhəd olan qonşu ölkələrə qarşı hər növ fəaliyyətlərinin qarşısının alınmasını vurğulamasıdır.
“Koordinasiya Çərçivəsi” üzvü bildirib ki, Vaşinqton Kürdüstan bölgəsinin təhlükəsizliyi ilə oynayır, terror qruplaşmalarına maliyyə dəstəyi vermək və şüar səsləndirməklə, Kürdüstanı təhlükəli nöqtəyə sürükləyir. Əvdə bu qruplaşmaları İraq Kürdüstanı bölgələrindəki dağlarda gizlənən silahlı partiya və qruplardan istifadə etməklə qonşu ölkələri zəiflətmək qəsdləri olan ABŞ Kəşfiyyat İdarəsinin ixtiyarında olan vasitələr adlandırıb.