Məlumatlı siyasi mənbələrdən biri bildirib ki, ABŞ İŞİD üzvlərinin ailələrindən olan təxminən 13 min nəfəri Suryanın əl-Hol düşərgəsindən Mosuldakı əl-Cədə düşərgəsinə köçürmək üçün plan hazırlayır.
Xarici KİV-in verdiyi məlumata görə, ABŞ çalışır ki, növbəti dəfə İŞİD terror qruplaşmasını İraqda qüdrətləndirsin və bu yolla da bu ölkədə və regionda öz işğalçı mövcudluğunu davam etdirsin.
Bu mənbə deyib: ABŞ İŞİD üzvlərinin ailələrindən olan təxminən 13 min nəfəri Suryanın Əl-Hol düşərgəsindən Mosuldakı əl-Cədə düşərgəsinə köçürmək üçün plan hazırlayır. Bu hərəkətin məqsədi, terror qruplaşmasının fəaliyyətinin geri qayıtmasını təmin etməkdir.
İŞİD və ABŞ-ın Suriya və İraqdakı əməkdaşlığı dəfələrlə sübut olunub. Həmçinin, ABŞ siyasətçilərinin bir çoxu da İŞİD-in ABŞ məhsulu olmasını etiraf edib.
ABŞ-ın keçmiş prezidenti “Con Kennedi”-nin qardaşı “Robert Kennedi” prezident seçkilərindəki namizədliyini elan etdiyi çıxışında, İŞİD terror qruplaşmasını Vaşinqtonun yaratdığını etiraf edib.
O, ABŞ-ın bu yolla öz qüvvələrinin İraqdakı möcvudluğunu uzatmaqdan ötrü siyasi nailiyyətlər ardınca olmasını bildirərək deyib ki, İraq İŞİD-in bütün ailələrinin Suriyadan bu ölkəyə qayıtması üçün ABŞ-ın planına qarşıdır.
Bu mənbə, ABŞ-ın bu ilin sonuna kimi Əl-Hol düşərgəsini bağlamaq fikrində olduğunu vurğulayaraq deyib: Bu addım, azad edilmiş vilayətlərin təhlükəsizliyini, sabitliyini pozmaq və bu ölkədə çaxnaşma yaratmaq üçündür.
İraqdakı təhlükəsizlik məsələləri üzrə ekspert olan Ədnan Əl-Kənani də Vaşinqtonun Bağdaddakı səfiri Elina Romanoviskinin İraqın təhlükəsizliyini və region sabitliyini pozmaq üçün bir plana rəhbərlik etdiyini açıqlayıb.
Əl-Kənani, ABŞ-ın regiondakı mövcudluğunun davamının problem yaratmaq və sabitliyi pozmaq yolu ilə hasil olduğunu bildiyini bəyan edərək deyib: ABŞ səfirinin İŞİD ailələrinin Əl-Hol düşərgəsindən İraq torpağına köçürülməsi üçün olan səyləri, İraqın təhlükəsizliyini pozmaq üçün yeni səylərdir.
İraq Xarici İşlər Nazirliyi də bundan əvvəl xəbər vermişdi ki, ABŞ səfiri İraqın Xarici İşlər naziri Fuad Hüseyndən Əl-Holdakı bütün İŞİD ailələrinin İraq torpağına qaytarılması üçün bütün səylərini göstərməsini istəmişdi.