Sionist rejiminin baş nazirləri arasında İran, Suriya, Hizbullah, Həmas, İslami Cihad və bölgədəki müqavimət qruplarına qarşı ən çox təhdidlər edən, bu ölkə və qruplarla müharibə təbili çalan, Benyamin Netanyahu olub. Amma rejimin Ordu Qərargahının keçmiş rəhbəri, Netanyahunu İsraildə ən qorxaq baş nazir kimi tanıtdıraraq onu rüsvay edib.
İbrani dilində yayımlanan tv kanallardan biri, şənbə günü İsrailin Ordu Qərargahının keçmiş rəhbəri Don Halotsa istinadən bildirib ki, Netanyahu, birinci Livan müharibəsində iştirakdan boyun qaçırıb və bir missiya ilə vəzifələndirildiyi halda yoxa çıxıb.
Bundan əvvəl İsrail komandolarının ehtiyat qüvvələrinin keçmiş komadiri general Şlomi Raisman, Netanyahunu hərbi əmrlədən qaçması barədə ittiham edib.
İbrani dilində yayımlanan digər tv kanallardan biri, general Şlomi Raismanın, 1982-ci ildə Livanla birinci müharibə illərində xidmətdə olan Netanyahunun bir hərbi göstərişin icrasından qaçdığı barədə açıqlama verdiyini bildirib.
Şlomi Raisman bildirib ki, birinci Livan müharibəsində zabitlərdən biri Netanyahuya hərbi bölmədə onun ehtiyat qüvvələrindəki xidməti çərçivəsində bir missiya tapşırmışdı. Bu missiya, onun istəyilə uyğun deyildi. Buna görə də onu yerinə yetirməkdən boyun qaçıraraq yoxa çıxmışdı.
İşğalçı ordunun bəzi komandirlərinin Netanyahunun müharibədən qaçmasına dair açıqlamaları, onun- “Ordunun ehtiyat qüvvələrinin Məhkəmə İslahatları layihəsinə etirazlarda öz könüllü qüvvələrinin fəaliyyətini dayandırmaları ilə bağlı təhdidləri, hərbi xidmətdən imtina hesab edilir.”- açıqlamasına cavab olaraq verilib.
Lakin bu, tamamilə Netanyahuya aiddir ki, o, livanlı əsgərlərlə üzbəüz gəlməkdən imtina edib və qaçıb.