İrannın Xarici İşlər Nazirliyinin sözçüsü, Amerikanın daxilində və xaricində insan haqları pozuntusunun genişlənməsinə işarə edərək bildirib: Amerikanın digər ölkələrdə insan haqlarının yüksək dəyərlərindən danışmağa heç bir səlahiyyəti çatmır.
Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani, ABŞ-ın Xarici İşlər Nazirliyinin İranda insan haqlarının vəziyyəti barəsindəki illik hesabatının məzmununu əsassız, sübutsuz , siyasi mahiyyətli və motivasiyalı olduğunu, ABŞ-ın müstəqil ölkələrin daxili işlərinə rədd edilmiş müdaxiləçi yanaşmasından irəli gəldiyini bildirərək deyib: Bu hesabatın beynəlxalq münasibətlərdə yüksək mənaya malik insan haqlarına nisbətdə hökm etmə və qiymətləndirmə üçün heç bir səlahiyyəti yoxdur.
Xarici İşlər Nazirliyinin sözçüsü, İran İslam Respublikasının konstitusiyasında və digər milli qayda-qanunlarında insan haqlarının yüksək yeri, əhəmiyyəti və orjinallığını, həmçinin, İranın bu zəmində beynəlxalq öhdəliklərinə göstərdiyi ehtiramı vurğulayaraq deyib: ABŞ hegamon rejimindən İran İslam Respublikasının həqiqətlərini bəyan etmək üçün heç bir gözlənti yoxdur.
O, əlavə edib: ABŞ riyakarlıqla İran xalqının insan haqlarını müafiə etdiyini iddia edir, halbuki, zülmkar, qanunsuz və İran xalqına qarşı birtərəfli olan müxtəlif növ sanksiyalar tətbiq etməklə İran xalqının insan haqlarını aşkar şəkildə pozmaqla məşğuldur. Bundan əlavə bu rejim, təşkilatlanmış şəkildə terrorçu qrupları himayə etməklə onların kənarında İran xalqına qarşı dayanıb.
Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin, Amerikanın daxilində insan haqlarının aşkar şəkildə pozulmasına işarə edərək deyib: ABŞ polisinin insanlara qarşı zorakılıq tətbiq etməkdəki rəftarı, məcburi qüvvələrdən qanunsuz istifadə, ölkənin məhkəmə sistemi və polisi tərəfindən qaradərililərə qarşı hədəfli, struktur ayrı-seçkilik, azlıqların və dərisi rəngli olanların hüquqlarının pozulması, etirazçıların əzilməsi, qaçqınlarla zorakı rəftar, onların həbs oluması, onlara və uşaqlarına qarşı insanlıqdan kənar rəftarlar, həbsxanalarda, xüsusilə ölkənin cənub ştatlarındakı həbsxanalarda iqri ayrı-seçkilik və insan haqlarının pozulması, məhbuslarla qul kimi davranmaq, həmişə beynəlxalq təşkilatların və insan haqları qrumlarının narahatlığına səbəb olan ABŞ-ın daxilində daimi olaraq pozulan insan haqlarından bəziləridir.