İran və Ərəbistan arasında danınşıqların və əlaqələrin bərpası üçün razılığın elan olunmasından bir həftə keçməmiş, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani, BƏƏ-yə yola düşüb ki, bu səfər, Tehranın Şərqə və qonşu ölkələrlə dostluq əlaqələrinə meyilli olmağa əsaslanan siyasətinə ikiqat təsdiq möhürü olsun.
Əli Şəmxani, bu səfərdə bəzi rəsmi şəxslərlə görüşərək ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər barədə danışıqlar aparıb.
Əli Şəmxaninin bu səfərinin ikiqat möhür olmasında məqsəd budur ki, İran həmişə dostluq əlini bütün qonşularına, xüsususən də Fars körfəzi ətrafındakı dost və qardaş ölkələrə uzadıb. Çünki, bu ölkələrin təhlükəsizliyini öz təhlükəsizliyi bilib və region ölkələrindən birinin təhlükədə olması, digər ölkələrin də təhlükəyə düşməsinə səbəb olur. Bu region vahid coğrafiyaya sahibdir və bu vahid coğrafiya, bütün sahələrdə, o cümlədən təhlükəsizlik və iqtisadiyyat sahəsində əlaqələrin güclənməsini tələb edir.
İran, xarici amilləri yəni, Amerikanı, xüsusən də sionsit rejimini region böhranlarının yaranmasının ən əsas amilləri hesab edir. Onlar həmişə region ölkələrinin sülh və yaxınlaşmaları üçün regional səylərini təsirsiz etmək istəyiblər. Buna görə də İran-Ərəbistan razılaşması və Şəmxaninin BƏƏ-yə səfəri, İran və ərəb ölkələrinin yaxınlaşması yolunda mövcud olan maneələrin arxada qalması üçün ciddi və dürüst bir hərəkətdir.
Böhranın yaranması yaxud şiddətlənməsi ABŞ-ın aşkar siyasətidir. ABŞ-ın keçmiş Xarici İşlər naziri Henri Kissincer, “Diplomatiya, soyuq müharibədən bu günə kimi” adlı kitabda aşkar şəkildə bildirir ki, Amerika dünya problemlərinin həlli ardınca deyil. Əksinə, çalışır problemlərin ipi öz əlində olsun ki, onları öz mənfəətləri yolunda idarə etsin. Elə bu, İranın həmişə xəbərdarlıq etdiyi və bildirdiyi məsələdir ki, ABŞ region böhranlarının yaranması və şiddətlənməsində məsuliyyət daşıyan tərəfdir. (Bu ona onunçün lazımdır ki,) o, bununla region ölkələrinin daxili işlərinə müdaxilə etmək, onların yaxınlaşması və birləşməsinin qarşısını almaq üçün bir yol tapsın.
Amerika region ölkələrinin yaxınlaşmasını, özünün regionda qeyri-qanuni mövcudluğu üçün təhlükə hesab edir. Çünki, bu ölkələr birləşdiyi surətdə regionda hərbi mövcudluq və oranın sabitliyini pozmaq üçün üçün lazım olan bəhanələri əldə edə bilməyəcək. Bu həqiqəti İran-Ərəbistan razılaşması müqabilində ABŞ və sionist rejiminin reaksiyalarından başa düşmək olar. Onlar daim çalışırlar ki, bu razılaşmanı sual altına aparsınlar, hətta bu razılaşmanı pozmaqdan ötrü psixoloji müharibə yaratsınlar.
Onlar bunu təlqin etməyə çalışırlar ki, razılaşma tərəfləri bəzi güzəştlərə gediblər, halbuki nə İran, nə də Ərəbistan bu razılaşma üçün heç bir güzəştə getməyib. Bu razılaşmada baş verən yalnız budur ki, iki ölkə özlərinin və regionun mənfəətinə görə düşmənçiliyi kənara qoyaraq dostluq qapısından daxil olmağa çalışıblar.
Düzdür ki, bu razılaşmada region məsələlərinə işarə olunmayıb, amma iki ölkənin regiondakı əsas və mühüm rolu nəzərə alınsa, bu razılaşmanın regionun bütün məsələlərinə müsbət təsir göstərəcəyi qətidir. Məhz elə bu, Amerika və sionist rejiminin qəzəbinə səbəb olub.