“Əl-Qist” insan haqları təşkilatı, ibn Salmanın xəyallarındakı Neom şəhərinin salınması məqsədi ilə Səudiyyə hökuməti tərəfindən Huveytat qəbiləsinin üzvlərinin öz torpaqlarından məcburi çıxarılmalarına qarşı olduqlarına görə edam olunması barədə xəbərdarlıq edib.
Neom layihəsi, ibn Salmanın rəhbərliyi ilə 2030-cu ilin ən əsas layihələrindəndir və onun Ərəbistanın iqtisadiyyatının şaxələndirilməsi, neft gəlirinə bağlılığın azaldılması məqsədi ilə icra edildiyini iddia etdiyi proqramların bir hissəsidir.
Neom, Səudiyyə Ərəbistanın Qırmızı dəniz sahilində tikilən gələcəyin nəhəng şəhəridir. Səudiyyə hökuməti bu layihənin inkişafı üçün milyardlarla dollar xarici investisiya və texniki təcrübə axtarır. Onlar bu layihə üzərində işə başlamaqla yanaşı insan haqlarının ciddi şəkildə pozulmasına yol veriblər.
“Əl-Qist” insan haqları təşkilatı, öz hesabatında Səudiyyə hökumətinin Neom şəhərinin tikintisinə görə öz torpaqlarından məcburi şəkildə çıxarılmağa qarşı olan Huveytat qəbiləsinin üzvlərinin mühakiməsi üçün ağır kompaniyası üzərindən pərdəni götürüb.
Bu təşkilat, layihədə iştirak edən şirkətlərdən Səudiyyə hökuməti tərəfindən insan haqlarının pozulmasında şərik olmamaqdan ötrü öz təşkilatı məsuliyyətlərinə diqqət etmələrini istəyib.
Səudiyyə hökuməti öz torpaqlarını tərk etməyə qarşı dinc şəkildə etiraz yaxud məcburi çıxarışa qarşı müqavimət göstərən Huveytat qəbiləsi üzvləri ilə şiddətli şəkildə rəftar edib və kifayət qədər kompensasiya vermədən və ya alternativ mənzillə təmin etmədən onları qanunsuz olaraq qovublar.
“Əl-Qist” insan haqları təşkilatı, 2020-ci ildə Əbdur-Rəhman Huveytinin faciəli öldürüldüyü vaxtdan bu qəbilənin digər üzvlərinin öz başına həbslərini və ədalətsiz mühakimələrini sənədləşdirib. Son zamanlar bu qəbilənin bir çox üzvü uzun müddətli həbsə ya da edama məhkum olunub.