İraqın siyası təhlilçisi, dəqiq və təsdiq olunmuş məlumatlara əsasən, ABŞ-ın İŞİD terrorçularını İraqın qərbindəki Eynul-Əsəddən ölkənin şərqindəki Diyala hündürlüklərinə köçürməsi üçün hava “taksi xətti” işə saldığı barədə xəbər verib.
İraqlı siyasi təhlilçi “Əqil Ət-Tai”, ABŞ-ın ölkənin xüsusi bölgələrində mövcud satibliyi pozmaqdan ötrü terrorçuları himayə etməsi barədə xəbərdarlıq edib ve deyib ki, ABŞ, terrorçuları Əl-Ənbardakı “Eynul Əsəd” bazasından Diyaladakı “Təllal Həmreyn”-ə köçürmək üçün“İŞİD taksisin”-dən istifadə edir.
O, deyib: “ABŞ-ın İraqdakı mövcudluğu mürəkkəb bir haldır və onu yalnız milli siyasi blokların koalisiyası ilə həll etmək olar. Əldə edilən dəqiq və təsdiq edilmiş məlumatlar onu göstərir ki, əslində Chinook helikopterlərindən olan “İŞİD taksisi” adlanan helikopterlər İŞİD terrorçularından olan kiçik qrupları Əl-Ənbardakı “Eynul Əsəd” bazasından Diyaladakı “Təllal Həmreyn” hündürlüklərinə köçürürlər. Bu, termal kameralar vasitəsilə müşahidə olunub.”
İraqlı təhlilçi, əlavə olaraq deyib: “ABŞ təyyarələri İŞİD-i silah və motorsikletlərlə birgə adı çəkilən bölgələrə köçürür və terrorçular bundan Diyala, Əl-Miqdadiyyə və Kərkükün cənubunda cinayət əməlləri törətməkdə yararlanırlar. Bu qruplar logistika və məişət dəstəyi almaqdan əlavə, aldıqları göstərişlərə əsasən hərəkət edirlər.”
ABŞ qüvvələri 2014-cü ildə İŞİD-lə mübarizə bəhanəsi ilə İraqa daxil oldular. ABŞ, bu bəhanə ilə İŞİD əleyhinə adlanan koalisiya şəklində 2500 nəfəri amerikalı olan 3000 qüvvəni bu ölkəyə daxil etdi. Bağdad tərəfindən İŞİD üzərində qələbə elan olunduqdan sonra İraq xalqı və İraq hökuməti xarici hərbiçilərin ölkədən çıxmasının zəruriliyini vurğuladılar.
İraq xalqının ABŞ-ın çıxarılmasına dair təkidi, İran İslam İnqilabının Keşikçilər Korpusunun Qüds Qüvvələri komandiri general “Qasim Süleymani” və İraqın Həşduş-Şəbi Təşkilatının rəis müavini “Əbu Məhdi Əl-Mühəndis”-in ABŞ tərəfindən şəhadətə çatdırılmasından sonra daha da şiddətləndi. İraq parlamenti, 2020-ci ilin Yanvar ayında ABŞ hərbiçilərinin ölkədən çıxarılması layihəsini qəbul etdi.
Bağdad və ABŞ arasında ABŞ hərbiçilərinin İraqdakı mövcudluğuna son qoymaq üçün bir neçə dövrə strateji əhəmiyyətli müzakirələrin olmasına baxmayaraq, ABŞ, bu qətnaməni pozmaqla hələ də İraq torpaqlarında mövcuddur. ABŞ, öz döyüş bölmələrinin çıxarılması və İraqda qalan qüvvələrin missiyasının məsləhət və təlimə dəyişdirilməsini iddia edir.