Ərəbistan vəliəhdi İbn Salmanın Riyadda ən böyük “Downtown” (şəhər mərkəzi) tikməklə bağlı qərarı ərəbistanlı və digər dünya ölkələrinin müsəlmanlarının qəzəbinə tuş gəlib. Çünki, bu “şəhər mərkəzi”-ndə sosial şəbəkə istifadəçilərinin sözləriylə desək müqəddəs Kəbə evinə oxşar dörd guşəli, kvadrat şəkilində bir bina tikiləcək.
Sosial şəbəkə istifadəçiləri ibn Salmanın ölkədə açıq fəza siyasəti yürütdükdən sonra hara kimi irəliləyəcəyindən və müqəddəs torpaqları hansı tərəfə çəkəcəyindən təəccüb hissi keçiriblər.
“Turki Şahlub” adlı istifadəçi twitter səhifəsində yazıb ki, ibn Salmanın Riyaddakı “ dörd guşə” layihəsi bazarlara, restoranlara və istirahət məkanlarına şamildir. Bu kvadrat şəkilli bina, müqəddəs Kəbə evinə oxşayır.

“Caklin əl-Qəhtani” də öz twitter səhifəsində yazıb ki, qalmaqal yaradan hərəkətlər hələ də davam edir. Vəliəhd, Riyadda istirahət üçün Kəbəyə oxşar kvadrat şəkilli bir bina tikmək istəyir. İbn Salman, dəli olub?

“Həmud Əbu Mismar”, twitter səhifəsində yazıb ki, keçmişdə “Əbrəhə”, Kəbə evini dağıtmaq istəyirdi. Bu gün “Nəcd Əbrəhəsi” və “Dəriye Əbrəhəsi” adlandırılması mümkün olan vəliəhd, kvadrat şəkilli bir bina tikmək istəyir ki, pozğunluğu, fəsadı yaymaq məqsədi ilə fəsad törədənlərin qibləsinə çevrilsin!

Ey Muhəmməd ümməti! Bu binanın tikilişini məhkum edin və onu tikənləri ilahi əzabla qorxudun!
“Şaxuf Əz-Zəmən” adlı istifadəçi, Səudiyyə vəliəhdinin din və alimlərə qarşı mübarizəsinə, yaşlıların edamına və məhbusların işgəncəsinə işarə edərək yazıb: Bu addımları kifayət deyildimi?! İndi də kvadrat şəkilli bina tikmək niyyətindədir?!
