ABŞ səhiyyə rəsmilərinin hesabatına görə, son 10 il ərzində amerikalı yeniyetmə qızlar arasında qəm, kədər və zorakılıq rekord vuraraq ən yüksək həddinə çatıb.
Xarici KİV-in verdiyi məlumata görə, ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzlərinin (CDC) 13 Fevral tarixində dərc olunmuş yeni araşdırmalarına əsasən, ABŞ-da yeniyetmə qızlar misli görünməmiş qəm, kədər və zorakılığı təcrübə etməkdədirlər.
ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin hesabatına görə, 2021-ci ildə ölkə qızlarının 57%-i davamlı olaraq kədər və ümidsizlik hissi yaşayıblar. Bu rəqəm 2011-ci ildə təxminən 36% olub. Bu statistika, ötən 10 il ərzində rekord vurub və yeniyetmələr arasında qeydə alınmış qəm-kədər hissinin ən yüksək həddir.
Bu statistika, ABŞ-da oğlanlar arasında bir az fərqlidir. ABŞ-da yeniyetmə oğlanlar arasında belə hisslər 2011-ci ildəki 21%-dən 2021-ci ildəki 29%-ə qalxıb.
ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi tərəfindən təqdim olunmuş bu hesabat, həmçinin, ABŞ-da yeniyetmələrdə təhlükəli rəftarlar barəsindəki illik araşdırmalara aid məlumatların, məktəb şagirdlərinin sağlamlığı və rəftarlarının araşdırmalarına aid olan məlumatların təhlilinə da şamil olub.
ABŞ Xəstəliklərlə Mübarizə və Qarşının Alınması Mərkəzinin yüksək vəzifəli şəxslərindən olan Debra Houry, deyib: “ABŞ-da yeniyetmə qızlar qəm, kədər, zorakılıq və travmadan (psixoloji yara) artan dalğalarda boğulublar.”
O, əlavə olaraq deyib: “Ötən 10 il ərzində yeniyetmələr, xüsusən də qızlar zorakılıq, zəif psixoloji sağlamlıq və intihar təhlükəsi təcrübələrinin artmasından əziyyər çəkirlər.”
Ötən Oktyabr ayında ABŞ-da üç görkəmli uşaq sağlamlığı təşkilatı bildirib ki, bu ölkədə uşaqların və yeniyetmələrin psixoloji sağlamlıqları milli fövqəladə vəziyyətə çevrilib. Nəticələr onu göstərir ki, 2021-ci ilin Fevral və Mart aylarında 12-17 yaş arasında olan qızlarda intihar cəhdləri 2019-cu ildəki Fevral və Mart aylarından 50% daha çox olub.