Ərəbistan son zamanlar beynəlxalq dairələrin sükutu sayəsində onlarla insanı gizlicə və ailələrinə xəbər vermədən edam edib.
Edam olunanların yaxınları bildiriblər ki, hökumət, onlara xəbər vermədən övlad yaxud ailə üzvlərini edam edib.
Onlardan biri “Mustafa Xəyyat”-ın ailəsidir ki, edamdan əvvəl heç bir xəbər, heç bir məlumat verilmədiyini deyir. Onlar hələ Mustafanın cənazəsini verməyiblər. Dəfn olunduğu yer də göstərilməyib. Mustafanın son səsi həbsxanadan yaratdığı telefon əlaqəsi zamanı eşidilib. O, anası ilə son telefon danışığından bir ay sonra 12 Mart 2022-ci ildə Ərəbistanın müasir tarixində ən böyük kütləvi edamlar zamanı edam olunub.
İnsan haqları qrumlarının verdiyi hesabata əsasən, 2015-ci ildən yəni, padşah Məlik Salman və vəliəhd ibn Salmanın iş başına gəlməsindən sonra Ərəbistanda edam cəzaları təxminən ikiqat artıb.
Mustafa, həmin gün edam olunan şəxslərin təkmilləşməkdə olan uzun bir siyahısında olanlardan biridir. “Reprio” adlı insan haqları qrupu Avropa-Ərəb İnsan Haqları Təşkilatı ilə birgə həmkarlıqla diqqətlə onu tamamladadır. Bu qrum, Ərəbistanda gizli edamlar haqqında öz tədqiqatlarından yeni hesabat dərc edib.
Səudiyyə Ərəbistanı, beynəlxalq insan haqlarına zidd olan bir addımla müxalifləri və nümayişçiləri sakitləşdirmək üçün kütləvi edam cəzalarından istifadə edir.
Ərəbistanın kiçik yaşlılar üçün edam cəzasından istifadənin məhdudlaşdırılmasına dair iddialarına baxmayaraq, 2015-cil ildən həbs olunan zaman uşaq olan təxminən 11 nəfər edam olunub.