Suriya Xarici İşlər naziri yazıb ki, ABŞ və onun qərbli muzdurları , İraqa hücum bəhanəsi olan yalanları Suriya barəsində təkrarlayırlar.
Xarici KİV-in verdiyi məlumata görə, Suriya Xarici İşlər naziri “Feysəl əl-Miqdad”, bazar günü Twitter səhifəsində yazıb ki, bugün, ABŞ-ın keçmiş Xarici İşlər naziri “Kalin Pavel”-in Təhlükəsizlik Şurasında bəyan etdiyi böyük yalanın il dönümüdür. Elə bir yalan ki, onunla İraqa hücum etməyə haqq qazandırmağa çalışırdı.
Feysəl əl-Miqdad yazıb: “20 il əvvəl Çində bir gün Təhlükəsizlik Şurasında Suriya nümayəndəliyi kürsüsündə oturmuşdum və mənə yaxın bir yerdə ABŞ Xarici İşlər naziri “Kalin Pavel” oturmuşdu. Oturmuşdu ki, kimyəvi və bioloji silahlar kimi kütləvi ölümə səbəb olan silahlara sahib olma bəhanəsi ilə ABŞ-ın İraqa hücum etməsinə haqq qazandırmaq üçün əvvəldən təyin olunmuş aldadıcı bir şouda öz rolunu ifa etsin.”
Suriya Xarici İşlər naziri, əlavə olaraq deyib: “Pavel, səs yazıları, peyk görüntüləri, şahidlərin ifadəsi və digər sənədləri nümayiş etdirdi və vurğuladı ki, bütün bunlar dəqiq, etibarlıdır. Təxmin və ehtimal deyil. O, dedi ki, etibarlı mənbələr onun sözlərini təsdiqləyirlər və təkcə onun sözü deyil… Bundan sonra Pavel, İraq zavodlarında istehsal olunmuş kütləvi ölüm silahlarından bir nümunə olduğunu iddia etdiyi kiçik bir boru göstərdi və dedi ki, bu miqdarda olan bir şey, on minlərlə insanı ölümə verə bilər.”
Əl-Miqdad sözlərinin davamında yazıb: “Təbii ki, bütün bunların əsassız yalanlar olduğu hər kəsə aydın oldu. Hətta Pavelin özü Təhlükəsizlik Şurasında bəyan etdiyini “biyabırçılıq” adlandırıb. Amma təəssüflər olsun ki, İraq bu yalanlar əsasında hücuma məruz qaldı. ABŞ və müttəfiqlərinin qüvvələri tərəfindən İraqda həyata keçirilmiş hücumlar, müharibə cinayətləri, bəşəriyyət əleyhinə olan cinayətlərin hansı faciəli nəticələr buraxdığını hər kəs bilir.”
O, həmçinin, vurğulayıb: “Bu gün də keçmişdə olduğu kimi eyni dramlar, yalanlar və eyni təfəkkürlər səhnədədir. Amma bu dəfə Suriya, oxşar bəhanələrlə yəni, kimyəvi silahlara sahib olma və ondan istifadə bəhanələri ilə hədəfdədir. Dünya, gərək keçmişdən dərs alsın, ABŞ və Fransadakı agentlərinin yenidən aldadıcı oyun oynamalarına,digər ölkələrin işlərinə müdaxiləyə, o ölkənin təhlükəsizliyi, sabitliyi və rifahını zəiflətməyə haqq qazandırmaq üçün öz süst iddialarını həyata keçirmələrinə icazə verməsin.”

Bununla bağlı Rusiya Xarrici İşlər nazirinin müavini “Sergey Ryabkov” da şənbə günü deyib ki, Vaşinqton gözləməsin ki, dünya, ABŞ-ın 2003-cü ildə İraqa hücum etmək üçün saxta asaslandırma gətirdiyi həqiqəti unutsun. Ryabkov, həmçinin deyib ki, Pavelin Millətlər Təşkilatındakı şousu “çoxdan ABŞ-ın hakim elitasının cəzasız qalmasında, sorğu-sual olunmamasında dünyanı maarifləndirmək üçün pislənmə və riyakarlıq təcəssümünə çevrilib.”
O, əlavə olaraq deyib: “ Bu, həmçinin, Vaşinqtonun dünya hegamonluğunu qorunmaqdan ötrü özündən zəifə güc tətbiq etməyə meyilli olduğunu göstərir. Amerikalılar, gərək yeni çərçivələrlə uyğunlaşsınlar və İraqa hücum zamanı müşahidə olunan toxunulmazlıq sindromunun şərrindən xilas olsunlar. Onlar həmçinin, formalaşmada olan çoxtərəfli dünya nizamında, gərək Rusiya, Çin və digər böyük beynəlxalq qüdrətləri nəzərə alsınlar.”