ABŞ qəzetlərindən biri, İranın Müdafiə Nazirliyinin emalatxana komplekslərinə uğursuz terror hücumunun arxasında sionist rejiminin dayandığını bildirib. Amerika rəsmilərinə istinadən bildirib ki, bu hücumu İsrail rejimi həyata keçirib.
Bu hadisənin ardınca İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrin Dəstəyi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi, bir bəyanatda bildirib: “28 Yanvar 2023-cü il gecə 23:30 radələrində İranın Müdafiə Nazirliyinin emalatxana komplekslərindən birinə kiçik uçuş aparatından istifadə olunmaqla uğursuz hücum baş tutub. Xoşbəxtlikdən, həyata keçirilmiş proqnozlar və müdafiə tədbirləri ilə onlardan biri kompleksin havadan müdafiə sistemi ilə vurulub, digər ikisi isə müdafiə tələlərinə ilişərək partlayıblar.”
İran Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Xoşbəxtlikdən, bu uğursuz hücumda itki olmayıb və emalatxananın damına kiçik zərər toxunub. Bu da İlahi lütf sayəsində kompleksin avadanlıqlarında və işlərində problem yaratmayıb.
Qəzet, hadisənin təfərrüatı barəsində yazıb ki, bazar günü dərc olunan peyk görüntüləri binaya kiçik zərərin dəyməsini göstərir.
Müdafiə və Silahlı Qüvvələrin Dəstəyi Nazirliyi, İran xalqını əmin edib ki, güc, iqtidar və təhlükəsizlik yaratmaq üçün addımları sürətlə,ciddiyyətlə davam edəcək. Korkoranə atılan bu addımların ölkənin inkişaf yoluna davam etməsində heç bir təsiri olmayacaq.