Səudiyyəli fəallar bu ölkənin qəzetlərinin din alimlərinə qarşı güclü kampaniyası barədə xəbər verərək onu tənqid ediblər.
“Əhrar Şəbəkəsi” adlı istifadəçi, Twitter səhifəsində yazıb: Səudiyyə qəzetləri din alimlərinə qarşı güclü kampaniya başladıblar. Sanki, hər kəs ziyalı olub və özünü idarə edə bilər.
Bu istifadəçi əlavə olaraq deyib: Bu hadisə, elə bir zamanda baş verir ki, alimlərin, hələ də bu qəzetlərdə, hətta hökumətin qəraları barədə irad bildirməyə icazələri yoxdur. Çünki, dövlət orqanlarının dözülməz qəzəbləri ilə üzləşirlər.

İbn Salman rejimi, hələ də hüquqları pozmağa və azadlıqları əzməyə israrlıdır. Hökumət isə pərdə arxasında baş verənləri ört-basdır etmək üçün çalışır.