Səudiyyə Ərəbistanı vəliəhdi ibn Salman, “Diyaruna” adı ilə tanınan layihənin icrasında sionist rejimi ilə gizlicə əməkdaşlıq edir. Bu layihənin məqsədi, sionistlərin ərəb dünyasında iddia etdikləri tarixi məkanların müəyyən edilməsi və onların Orta Şərqdə təsirlərinin artmasıdır. İbn Salman da bu zəmində lazım olan kömək üçün lazımı göstərişləri verib.
Xarici KİV, bu məlumatı verməklə “Diyaruna” layihəsinin üzərindən pərdəni götürüb və yazıb ki, bu layihə, təxminən 10 il yaımdır sionistlərin Orta Şərqdə, xüsusən də ərəb cəmiyyətlərində mövcudluğu və təsirlərinin artması məqsədi ilə sakitcə öz işini davam edib ki, sionist rejiminə, onun işğalçılığına qanunilik versin.
2008-ci ildə işə salınan bu layihənin rəhbəri “Ceyson Quberman”, layihənin adını mübahisə doğuran “Diyaruna” (bizim diyarımız) qoyub ki, bu yolla öz düşüncəsinə görə, ərəb ölkələrinin müxtəlif yerlərində iddia etdiyi irsin “tapılması”nda sionistlərin haqqını təlqin etsin.
Bu layihənin rəhbəri, Orta Şərqdə və ərəb ölkələrində sionistlərin irsi olan yerlərin olduğunu iddia edərək onların yenidən qurulmasını istəyib.
“Diyaruna” layihəsinin işçiləri “Google İrs” proqramının xəritələrinin köməyi ilə və iki ədəd kompüterlə işə başlayıblar. Bir il davamlı işlədikdən və “Dostlar” kimi tanınan böyük şəbəkə yaratdıqdan sonra 2008-ci ildə adı çəkilən layihə rəsmi şəkildə işə salınıb.
Xarici KİV-in verdiyi məlumata görə, Diyaruna layihəsinin Ərəbistanda sionistlər üçün sənədləşdirmək istədiyi məkanlar bunlardan ibarətdir: Teyran adası, Təbuk bölgəsindəki Təyma şəhərində yerləşən Əbləq qəsri, Əl-Əla bölgəsindəki Mədain Saleh və həmçinin, Ərəb yarımadası tarixində ən qədim tarixi yerlərə sahib olan Əl-Hafiz şəhəri. Xeybər məntəqəsində olan dağ və dərə, Kəb ibn Əşrəf qalası, Bəqi qəbirsanlığı, Mədinə şəhərindəki Əs-Seyh məntəqəsi, Cazan məntəqəsində yerləşən Əbu Ureyş şəhəri, Ərəbistanın cənubunda yerləşən Nəcran şəhəri də bu məkanlardandır.
Bu layihənin baniləri iddia edirlər ki, onların hədəfi, sionistlərin ərəb ölkələrindəki irsini qorumaqdır. Amma bu layihənin rəsmi saytında dərc olunmuş yazıları diqqətlə araşdırdıqda, onların bu bölgələrə sahib olmaları bəhanəsi ilə adı çəkilən bölgələri işğal etmək fikrində olduğunu başa düşülür.
Bu layihənin saytında mövcud olan məlumatlara əsasən, bu sionist layihəsinin idarəçilərindən ibarət bir çox qruplar yəhudi irsinin olduğu iddia edilən ərəb ölkələrinə “dostluq” ziyarətləri təşkil edirlər və həmin ölkələrdən bu məkanların yenidən qurulmasını istəyir yaxud da maddi dəstək verməklə bu işin həyata keçirilməsini istəyirlər.
“Diyaruna”, adı çəkilən yerlərin yenidən qurulması cəhdlərində irəlilədikdən dərhal sonra sionist irsinin bir hissəsi adı altında onlara sahib olmaq fikrinə düşəcək və bu bölgələrin yəhudi mülkü və irsi iddiası ilə o ölkələrdə yaşayan yəhudilər üçün təzminat tələb edəcəklər.
Bu genişləndirmə layihəsinin Ərəbistan üçün yaratdığı təhlükəyə baxmayaraq, ali rütbəli səudiyyə rəsmisi və Nyu-Yorkdakı Müsəlman Alimləri Birliyinin rəhbəri “Muhəmməd əl-İsa”, bu layihənin qonağı olub.
Muhəmməd əl-İsa, layihənin təşkilatçısı Qubermanı və “anti yəhudiyyətlə mübarizə”də olan rolunu rəsmi şəkildə yüksək qiymətləndirib.
Bundan əlavə, “İslam Dünyası Cəmiyyəti” jurnalı inligis dilindəki 54 saylı buraxılışında sionist rejiminin Diyaruna layihəsinə və Ərəbistanın bu layihəni rəsmən yaxşı qarşıladığına toxunub.
Ərəbistanın sponsurluq etdiyi etdiyi MBC kanalı, “Üfüqlərdə” proqramında Ceyson Qubermanı qonaq edib və Səudiyyə hökuməti tərəfindən ona kömək göstərilməsi üçün onu təbliğ edib.