Beynəlxalq Əfv Təşkilatı bildirib ki, Səudiyyə rəsmilərinin bu ölkə barədə məlumatlara nəzarət üçün Vikipediyanın könüllü redaktorlarından istifadə etməsinin ifşası,onların tənqidi baxışları sakitləşdirmək və bu ölkənin üzünü ağartmaq üçün etdikləti səylərin göstəricisdir. İdmandan istifadə və məşhur şəxslərin cəlb edilməsi kimi işlər də elə bu məqsədlə görülür.
Xarici KİV-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının parlaq bir üzünü göstərmək ardınca olan Beynəlxalq Əfv Təşkilatı, indi onun üzündə həqiqətləri üzə çıxaran qırışları tapıb.
Bu təşkilat, Səudiyyə rəsmilərinin bu ölkə barədə məlumatlara nəzarət üçün Vikipediyanın könüllü redaktorlarından istifadə etməsini ifşa edərək yenidən bu mövzunu xatırladıb ki, Səudiyyə padşahlığı tənqidçiləri sakitləşdirmək üçün bacardığı yerə kimi irəliləyir.
Beynəlxalq Əfv Təşkilatı, özünün Twitter hesabında bildirib ki, dünya, Ərəbistanın inkişafını bayram etdiyi halda bu ölkənin rəsmiləri ölkə barədə məlumatların yayılmasına nəzarət etmək və ölkənin üzünü ağartmaq üçün misli görünməmiş səylərə başlayıb.
İnsan haqları dairələri Səudiyyə rəsmilərinin Vikipediyanı (kiber hücum edərək) sınıdırmasını və elektron ensklopediyanın məzmununa nəzarət etmək üçün onun iki administratorunu həbs etməsini ifşa ediblər.
Eyni zamanda Fransa məlumat bazalarından biri Səudiyyə Ərəbistanının regional kiber təhlükəsizlik sahəsində, elektron casusluq və oğurluğa sahib olmaqda öncül olmağın ardınca olduğunu göstərir. Regional rol ifa etməyə qərarlı olan Səudiyyə hökuməti, ən son texnologiyaları cəlb etməkdən ötrü səylərini gücləndirmək üçün bütün qüdrətindən istifadə edir.
Bu məlumat bazası, əlavə olaraq deyib ki, idmandan istifadə və Kriştiano Ronaldo kimi məşhur şəxslərin cəlb olunması kimi belə hadisələr Riyadın öz mövqeyini möhkəmləndirmək üçün uzun müddətli siyasətinin konkret bəyanıdır. Kriştiano Ronaldo aşkar şəkildə bildirib ki, Ərəbistanın Ən-Nəsr futbol klubuna birləşmək qərarı, bu ölkənin imicini işıqlandırmaq məqsədi daşıyır.

Beynəlxalq Əfv Təkilatında Orta Şərq məsələləri üzrə tədqiqatçı Dana Əhməd deyib: Ronaldo, şöhrət və populyarlığının cilalama alətinə çevrilməsinə icazə verməməlidir. O, gərək Ən-Nəsr klubundakı fürsətindən istifadə edərək Ərəbistanda insan haqları ilə əlaqədar bir çox məsələlər barəsində aydın şəkildə danışsın.